beden

Qədim Yunanıstanın qeyri-adi MÜALİCƏ ÜSULLARI – Hamilə qalmamaq üçün… – FOTOLAR

Baxış sayı: 1. 345

Məlum məsələdir ki, Qədim Yunanıstan yalnız filosofların vətəni deyil. Yunanıstan eyni zamanda çox mistik və mifologiya ilə zəngin tarixə məxsusdur. Bu ölkə qeyri-adi ənənələri ilə tarixə düşüb. Bəs görəsən, bu günə qədər tətbiq edilən bir çox təbabət, mifologiya, mistik ritualları qədim yunanlar haradan qazanıb? Onlar bunları hansı üsullarla aşkarlayıblar?

 

“Gencaile.az” Qədim Yunanıstanın qeyri-adi müalicə üsullarını təqdim edir:

Yunanıstan həkimləri insanları maraqlı tərzdə müayinə edirdi. Onlarda heç bir tibbi avadanlıq, xüsusi üsullar yox idi. Müayinə də müalicə kimi xalq təbabəti və qeyri-adi metodlarla aparılırdı. Sözsüz ki, həkim xəstənin şikayətlərini dinləyirdi və ona uyğun diaqnoz qoyurdu. Lakin dəqiq diaqnoz qoymaq üçün fizioloji mayelərdən istifadə edirdilər. Məsələn qulaq kükürdü, sidik ifrazı, ağız suyu və s.

 

Əzələ ağrısı

Ağır məşq prosesindən sonra yunanlı atletlərin üzərində olan tər və palçıq xüsusi qablara yığılaraq məlhəm kimi satılırdı. Anlaşılmayan maddə satışa çıxarıldığında isə əhali bunun əzələ-sinir ağrılarına kömək edəcəyini düşünərək bu məlhəmləri alıb, “dərman” kimi ağrıyan yerlərə çəkirdilər.

 

Qadınlar üçün

Ellinlər əmin idilər, palçıq və çirkab qadın sağlamlığına (qadınlarda daxili orqanların xəstəlikləri) faydalıdır. Onlar hesab edirdilər ki, düşük edən qadının yenidən ana olması üçün nəcis qarışıqlı palçıqla qırmızı şərab içməsi lazımdır. Qadınlar ifrazatla şərab içməyə məcbur edilirdilər.

 

Hamilə qalmamaq üçün asqırmaq

Qədim Yunanıstanda hamilə qalmamaq üçün çox maraqlı və tamamilə təhlükəsiz üsuldan istifadə edirdilər. Belə ki, arzu olunmayan hamiləlikdən qurtulmaq üçün cinsi əlaqə zamanı və dərhal sonra asqırmaq lazımdır. Yunanlar düşünürdülər ki, güclü asqırmaqla daxilə gedən spermalar geri qayıdır. lk baxışda olduqca faydasız görünür.

 

“Tualet kağızı”

O vaxtlar, təbii ki, Yunanıstanda tualet kağızları yox idi. Kasıb yunan əhalisi tualetə daşlarla gedirdi, bir qədər imkanlı təbəqə isə çubuq üzərinə bağlanmış süngərlərlə. Belə olan halda onların əli natəmizliyə bulaşmırdı.

 

Qəbirlərdən üsyan

 

Qədim ellinlər dəfn etdikləri yaxınlarının yenidən qəbirdən qalxıb gələcəklərindən çox qorxurdular. Çünki öldükdən sonra həyatın mövcudluğuna inanırdılar. Bunun qarşısını almaq üçün onlar cəsədlərin başına, əllərinə və ayaqlarına ağır çəkili daşlar bağlayırdılar ki onlar qəbirdən durub çıxa bilməsinlər.

 

Kişi cinsiyyət orqanı

Yunanların fikrincə, onlar kiçik olmalıdı. Yunan mədəniyyətinə görə, çılpaq heykəllərin düzəldilməsi, birinə xatirə hədiyyəsi olaraq çılpaq heykəlin verilməsi də adət idi. Məhz bu səbəbdən heykəllərdə cinsiyyət orqanının çox iri görünməsi xoşa gələn deyildi. Yunanlar da bu orqanın kiçik olmasını arzu edirdi. Yunan qadınları da bunu olduqca cazibədar hesab edirdi.

 

“İdman zalları”

O dövrdə qədim Yunanıstanda döyüş növləri məşhur idi. İdmançılar formada qalmaq üçün isə idman zallarına gedirdilər. Təbii olaraq o zamanlarda idman geyimləri icad edilmədiyi üçün, onlar zalda tamamilə lüt bədənlə məşq edirdilər. Bu isə qətiyyən ayıb hesab edilmirdi.

 

Sevgi etirafı

Qədim Yunanıstanda sevgi etirafı olmayıb. Belə ki, bir oğlanın bir qızdan xoşu gəlirdisə, ona mütləq alma atmalıydı. Alma atmaq həm qıza sevgi etirafı demək idi, həm də evlilik təklifi. Bu almanın sayına görə dəyişirdi. 3 almadan çox atdınsa, bu həmin qız ilə evlənmək istədiyinə işarədir. Nə serenada, nə rəngli güllər, nə də bahalı tək qaş üzüklər var idi.

 

Qaşlar

Tarixən qadınların gözəl olmaq xətrinə etdikləri ağlasığmaz hərkətlər barədə az-çox məlumatlısız. Bu qeyri-adi üsullardan biri də məhz Qədim Yunanıstanda istifadə edilib. Belə ki, Yunanıstanda qadınların gözəlliyinin əsas simvolu qaşlar hesab edilirdi. Qadın gözəlliyinin etalonu bitişik (çatmaqaş, təkqaş) qaşlar hesab olunurdu. Buna görə də nazik qaşlara sahib qızlar özünü gözəlləşdirmək məqsədilə ya qaşlarını qalın və enli boyayırdılar, ya da ki, heyvanların yunlarını kəsib qaşlarına yapışdırırdılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir