qehve

Qəhvə içmək üçün 11 səbəb

Baxış sayı: 1. 806

Qəhvəni sadəcə qoxulamaq belə sizi stressdən uzaqlaşdıracaq. Siçanlar üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, az yuxu ucbatından stress keçirən siçanlar qəhvə qoxusuna məruz qaldıqda, onlarda stresslə bağlı yaranan proteində fərqlilik var.

Qəhvə Parkinson xəstəliyi ilə bağlı əlamətləri azaldır. Deyilənə görə, qəhvə Parkinson xəstələrinin hərəkətlərinə nəzarət etməsinə kömək edir. Qəhvə içənlərin Parkinson xəstəliyinə yoluxma riski də aşağıdır.

Qəhvə qaraciyər üçün çox faydalıdır. 2006-cı ildə 22 yaşdan yuxarı olan 125 min insanla aparılan araşdırma zamanı, hər gün 1 fincan qəhvə içənlərin qaraciyər serrozuna yoluxma riskinin yüzdə 20 daha az olduğu müəyyənləşib. Qəhvə qəbulunun spirtli içki içən insanlarda qaraciyər serrozuna qarşı qoruyucu faydaları var. Qəhvə spirtli içki ilə heç bir əlaqəsi olmayan qaraciyər yağlanması üçün faydalıdır.

Qəhvə sevincli hiss etmənizə kömək edir. Araşdırmaya görə, gündə 4 fincan, ya daha çox qəhvə içənlər yüzdə 10 daha az depressiyaya düşürlər. Bu, qəhvənin içində olan antioksidanlarla əlaqələndirilir.

Aparılan araşdırmalar zamanı gündə 2-4 fincan qəhvə içən kişi və qadınlarda intihar nisbətinin yüzdə 50 aşağı olduğu müəyyən olunub.

Qəhvəə dəri xərçənginə yoluxma ehtimalını aşağı salır. Gündə 3 stəkan və daha artıq qəhvə içən qadınların digər qadınlardan fərqli olaraq dəri xərçənginə yoluxma riski aşağı olur.

Qəhvə sayəsində daha yaxşı bir atlet ola bilərsiniz. Elm adamları, atletik performansa başlamadan əvvəl içilən 1 stəkan qəhvənin qaçış və velosiped kimi idman yarışlarında performansa müsbət təsir etdiyini bildiriblər. Qəhvənin tərkibindəki kafein qan axınındakı yağ asitlərini artırır, atletlərin  əzələləri bu yağları bədən üçün yanacaq olaraq istifadə edir.

Qəhvə ikinci tip şəkər xəstəliyinin inkişaf riskini azaldır. Gün ərzində 4 və daha artıq qəhvə içənlərdə ikinci tip şəkər xəstəliyinə yoluxma riski yüzdə 50 aşağı olur. Hər fincanda bu risk yüzdə 7 daha azalır.

Qəhvə içmək zehni qoruyur. Qəhvə içənlər alzehmir (unutqanlıq) xəstəliyinə 2-4 il gec yaxalanırlar.

Qəhvə sizi daha zəkalı edir. Qəhvə sizi oyanıq etməklə yanaşı zəkanızı daha güclü edəcək. Az yatdığnızda, dinc qalmaq üçün qəhvə içdiyinzdə belə daha diqqətli olduğunuzu, zəka ilə bağlı bir çox funksiyanı yerinə yetirdiyinizi görəcəksiniz.

Qəhvə içənlərdə depressiya riski aşağı, zehni performans yüksək olur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir