qadin

Qəhvəyi rəngli gözlər üçün makiyaj necə edilməlidir?

Baxış sayı: 2. 000

Qəhvəyi rəngli gözlərə yaraşan ən gözəl makiyaj tonlarını bilirsinizmi? Həm iddialı, həm cəzbedici, həm də təbiigöstərən makiyaj ipuclarını sizlər üçün topladıq. Qəhvəyi gözlərə necə makiyaj edəcəyinizi bilmirsinizsə, bu yazını oxumaqla necə tətbiq edəcəyinizi öyrənə bilərsiniz.

Dumanlı göz makiyajı, qəhvəyi gözlərə yaraşan ən gözəl makiyajlar arasında yer alır. Bu tip bir makiyajı xüsusidəvətlərdə asanlıqla istifadə edə bilərsiniz. Lakin gözlərinizə çox sıx maraq çəkəcəyinizdən, saçlarınızı yığmağınız daha gözəl görünmənizi təmin edə bilər.

Parıltıları sevirsinizsə, qızıl tonlarını sınayın! Bu makiyajı tətbiq edərkən qara göz qələmiylə gözlərinizin ətrafını daha da diqqətə çəkən göstərə bilərsiniz. Saçlarınızı isə dilədiyiniz kimi dağınıq olaraq yığa bilərsiniz.

Qalın qara qələm gözlərinizi olduğundan daha böyük göstərərək cəzbedici baxışlar əldə etmənizi təmin edə bilər. Lakin bu makiyajı sınayarkən dəri rənglərində bir göz kölgəsi istifadə etməyiniz sizi daha gözəl göstərəcək. Saçlarınızı isə mütləq yığmalısınız.

Rəngləri sevirsinizsə, həm günahsız həm də cəzbedici görünən bu makiyajı təcrübə edin. Gözlərinizin altına parlaqmavi bir qələm çəkin və göz qapağınızın üzərinə sarı parlaq bir göz kölgəsi. Beləcə enerjili və möcüzəli görünə bilərsiniz.

Göz Layneri qəhvəyi gözün imtina edilməz makiyajlarında biridir. Bu makiyajı həm gecə, həm də gündüz rahatlıqlaistifadə edə bilərsiniz. Saçlarınızı isə həm açıq, həm də yığılı olaraq istifadə edə bilərsiniz.

İki qat tuj istifadə etmək gözlərinizin gözəlliyini ortaya çıxaracaq. Bunun üçün dolğun və həcmli tujları təcrübə edə bilərsiniz. Bu makiyajda yanaqlarınıza bir az şaftalı tonlarında ənlik sürtün saçlarınızı açıq buraxın.

Olduqca təbii olan eyelinerli bu makiyajı günün hər saatı istifadə edə bilərsiniz. Göz qapağınıza eyeliner çəkin və alt hissəyə yüngül açıq rəngli bir qələm tətbiq edin. Dodaqlarınızı isə dəri rəngində bir pomadayla nəmləndirin.

Çəhrayı və şaftalı tonlarındakı makiyajla möcüzəli görünməniz mümkün. Rəngli göz kölgənizin daha gözəl görünməsi üçün qara qələmlə gözlərinizi çerçivələyə bilərsiniz.

Təbii olan bu makiyajın qəhvəyi gözlərinizlə uyğunlaşma təmin etməsi üçün metalik açıq rəngləri sınayın. Əvvəlyanaqlarınıza bürünc bir ənlik sürtün və eyni rəngin bir neçə ton tündünü göz qapaqlarınıza tətbiq edin. Yüngülbir tuj ilə möcüzəli görünə bilərsiniz. Saçlarınızı isə istər açıq, istəsəniz də yığılı istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir