704ca6f6b5296772f47586c864dccaf4

Qəribə festival: Qışın bitməsini gözləyib, baharda “pis ruhları” qovurlar – FOTOLAR

Baxış sayı: 1. 339

Keçmişdən qalan ənənəni davam etdirərək, ruhları qovduqlarına inanan yüzlərlə insan Bolqarıstanın Yambol şəhərində küçələrə çıxıb. Kukerlandiya adlanan bu mərasimdə qış aylarında şəhərə gələn pis ruhlar qovulur.

Rəngli geyimləri və əllərindəki zınqırovlar ilə mərasimə özəllik qatan şəxslərin sayı hər ötən il daha da artır. Bu mərasım yerinə yetirilən ənənə ilə yanaşı, dövlət büdcəsinə də xeyir verir.

Çünki bu mərasimə qatılıb, izləmək üçün hər il buraya yüzlərlə turist axın edir. Bu festivalda insanlar maskalar taxaraq, qışdan qalan pis ruhları qovduqlarına inanırlar. Festivaldakı rəngarəng paltarlı qruplar şəhərin küçələrini gəzərək qışqırır, baharın yaxınlaşdığını xəbər verirlər.

Bələdiyyənin təşkil etdiyi festival Tunca çayının ətrafında keçirilir. Tədbirdə Trakyalı döyüşçüləri təmsil edən geyimlərin də yer alması diqqət çəkir.

Təşkil olunan festivala qonşu ölkələrdən – Türkiyə, Makedoniya, Rumıniya və Yunanıstandan da gələnlər olub. Festival çərçivəsində konsertlər, sərgi və foto yarışmaları keçirilib.

Qeyd edək ki, festival hər ilin bu vaxtlarında başlayır, bahar fəsli gələnə kimi davam edir.

Sözügedən festivaldan maraqlı görüntüləri sizə təqdim edirik.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir