MEYVE SIRELERI

Qablaşdırılmış meyvə şirələri ölüm riskini artırır – ARAŞDIRMA

Baxış sayı: 1. 485

Şirin suların, o cümlədən qablaşdırılmış meyvə şirələrinin içilməsi 45 yaşdan yuxarı şəxslərdə vaxtından əvvəl ölüm riskini artırır.

Bu barədə ABŞ-ın Emori Universitetinin bir qrup mütəxəssisinin araşdırmasında qeyd edilib. Məlumata görə, təcrübə 6 il müddətində 18 minə yaxın könüllü üzərində aparılıb. Müşahidə nəticəsində məlum olub ki, günə orta hesabla bir litr meyvə suyu içən şəxslər ürək xəstəliklərindən iki dəfə daha çox vəfat edib.

Bu müşahidələrdə ürək xəstəliyindən və diabetdən əziyyət çəkən şəxslər iştirak etməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir