7-dən 70-ə hər kəsin asanlıqla edə biləcəyi idman növlərindən olan qaçış zamanı əməl etməli olduğunuz qaydalar var.
İdman salonuna gedə bilməsə də, hər gün idmanla məşğul olmaq istəyənlər üçün qaçış həm əqli, həm fiziki baxımdan faydalıdır. Qaçışa sərf edilən vaxt insanın özünə ayırdığı ən keyfiyyətli vaxt hesab olunur. “Gencaile.az” qaçışın fiziki və psixoloji faydasını artırmaq üçün riayət etməli olduğunuz 11 qaydanı təqdim edir.
Qaçışdan ən az 1 saat əvvəl yemək yeməlisiz. Əks təqdirdə həzm üçün bədən daha çox enerji xərcləyər və yeməkdən dərhal sonra edəcəyiniz qaçış özünüzü daha çox yormanıza səbəb olar.
Çəki atmaq məqsədiylə qaçarkən neylondan olan hansısa vasitələri bədəninizə sarımayın.
Sağlamlıqla bağlı problemi olan və 40-dan yuxarı yaşı olanlar həkimlə məsləhətləşmədən qaçışa başlamamalıdır.
Şəkər xəstəliyi, yüsək təzyiq problemi olanlar tez-tez həkim nəzarətindən keçməlidir.
Qaçışın hansı vaxtda edilməsi də əhəmiyyətlidir. Məsələn, səhər erkən saatlarda edilən qaçış daha faydalıdır, çünki səhər hava daha təmiz olur.
Qaçış üçün yaşıllıq olan bölgələri seçin. Bunun sayəsində qəbul edəcəyiniz oksigenin səviyyəsi artmış olar.
Qaçış zamanı ayağınızın nəfəs almasına imkan verən idman ayaqqabıları seçin. Çox ağır və qalın olmasın.
Qaçış zamanı digər əzələlərinizi də hərəkət etdirməyi unutmayın.
Qaçış zamanı susamağı gözləmədən hər 10-15 dəqiqədən bir su için.
Qaçışı bitirdikdən sonra bədəniniz üçün əsnəmə hərəkətləri edin. Bununla daha rahatlayacaqsız.
Qaçış sonrasında isti duş yerinə, soyuq, ilıq su ilə duş qəbul edin. Bu, həm də qaçış zamanı bədəndə yarana biləcək şişkinlikləri yox edəcək.