Keçmişdə insanlar qadın və kişinin vəzifələrini yaxşı bilir və buna görə də təbiətin qanunauyğunluğuna əsasən bütöv bir nəsil yetişdirməyə çalışırdı. Qadının rolu böyük idi – o, dünyanın sevgi və tarazlıq mənbəyi sayılırdı. Odur ki, qadın üçün ürəyinin saflığını, doğuşdan gələn həssaslığını və yardımsevərliyini qorumaq vacib idi. Təəssüf ki, bu məqamlar müasir dünyanın xaosunda öz əhəmiyyətini bir qədər itirib.
“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda oxucuları qadın gücünün 5 unudulmuş sirri ilə tanış edir.
1-ci sirr – Qadın şərəfi
Ailədə qız doğulanda insanlar inanırdılar ki, o, evə özü ilə birlikdə sevgi və sevinc gətirib. Qızı ruhun təcəssümü, oğlanı isə ruhun əksi hesab edirdilər. Yəqin ki, buna görə də qadın təbiəti əvvəlcə özünü daha ahəngdar göstərir: Qızlar həmişə itaətkar, çalışqan və kişilərdən daha əzmkardır. Onlar həmişə ətrafda gözəllik yaratmağa can atır və başqalarına qarşı daha qayğıkeşdir. Tərbiyənin əsas vəzifəsi onun saflığını və sağlamlığını qorumaq idi. Əcdadlarımız inanırdılar ki, qadının məhz şərəf və ləyaqəti onun üçün amulet (qoruyucu) rolunu oynayır və bütün nəslinin qoruyucusu hesab olunur. Qızlara əl qaldırmaq və ya səsini ucaltmaq yasaq idi. Qadın keyfiyyətlərinin inkişafını gücləndirmək üçün onları uşaqlıqda ağır cəzalar tətbiq etmədən mülayim şəkildə tərbiyə edirdilər.
2-ci sirr – Psixi enerjinin gücü
Əgər kişi fiziki cəhətdən güclüdürsə, qadın da psixoloji üstünlüyə malikdir. Hətta Vedalar da qadın fikrinin gücünü kişinin real hərəkətlərinə bərabər tuturlar. Zərif cinsin nümayəndələrinin söz, dua və istəkləri özündə gözəl böyük enerji ehtiyatı daşıyır, hansı ki, onlar dünyaya ciddi təsir göstərə bilər. Bəlkə də buna görədir ki, orta əsrlərdə cadugərlərin və onların lənətlərindən belə qorxurdular? Qadın fikri elə bir gücə malik idi ki, o kişini həm ucaltmağa, həm də onun potensialını öldürməyə qadirdir. Dolayısı ilə “Hər uğurlu kişinin arxasında güclü bir qadın dayanır” populyar ifadəsi buradan qaynaqlanır. Qadın ya kişiyə inanır və onu öz enerjisi ilə qidalandırır, ya da ərinin nüfuzunu şübhə altında qoyur və ona ölüm hökmü çıxarır.
3-cü sirr – İşıq saçan gözəllik
Qadın gözəlliyi bütün dövrlərdə xüsusi əhəmiyyətə malik olub. İstənilən bir əfsanədə qadın gözəlliyi bu kimi sözlərlə təsvir olunub: gözlərin xüsusi parıltısı, üzün parlaqlığı və nurlu təbəssümlə ifadə edilən qeyri-adi dərəcədə parlaq gözəllik.
Qızın hansı zahiri göstəricilərə malik olması vacib deyildi, əcdadlarımız inanırdılar ki, əgər o, mənən böyüyür və məhəbbət atəşini özündə saxlayırsa, deməli, o, sülhə xidmət edir, o, daxili harmoniyanın və gücünün bir təzahürü kimi bütün dünyaya xüsusi işıq və nur saçacaq. Nə yazıq ki, bu gün qadınlar ifrata varmaq üzrədir: Gözəlliyin əhəmiyyətindən daxili mahiyyətin lehinə imtina edirlər. Amma əsl qadın gücü onların hər ikisinin tarazlaşdırılmış vəhdəti nəticəsində üzə çıxır.
4-cü sirri – Xoş xidmət
Bu gün kişilərdən bacarıqlı istifadə edən, dünyanın onun ətrafında fırlandığını düşünən və bütün əlavə duyğulardan soyuqqanlıqla vaz keçən ləçər, ifritə və eqoist “polad qadın” olmaq dəbdədir. Qadın sanki həqiqi xoşbəxtliyi itirib və daxili gücün boşluğunu “həyatdan hər şeyi götür” şüarı altında doldurmağa çalışır. Amma lüğətə nəzər salsaq görərik ki, ləçər sözü “leş” və ya “ölmüş heyvanın cəsədi” kimi tərcümə olunur ki, bu da məcazi mənada daxilən ölmüş, həqiqi vəzifə və məqsədlərini unutmuş qadını ifadə edir. İfritə isə araqarışdıran, pislik edən, fitnəkar qadını bildirir. Demək ki, bu xüsusiyyətlərin sizə üstünlük qazandırdığını düşünmək ağılsızlıqdır.
Əsrlər boyu qadın sevgi mənbəyi sayılıb. Sərtliyi özündə inkişaf etdirən qadın şüursuz şəkildə ürək çakrasını bağlayır, bununla birlikdə təbiətin onun üçün təyin olunmuş rolundan imtina edərək şəxsi xoşbəxtliyini öz əlindən alır. Əsl qadın sevinci yaxşı əməllər və qayğıda gizlənib. Qadının ən güclü silahı sevgi və şəfqətdir, hansı ki, ona döyüşsüz qələbə qazanmaq imkanı bağışlayır. Acı dil, qəzəb və ittihamlar qadına lazım olmayan xüsusiyyətlərdir. Mehribanlıqdan imtina edən qadın öz gücünün böyük bir hissəsini itirir ki, bu da hormonal disbalansa, anlayış problemi və digər xoşagəlməz nəticələrə gətirib çıxarır. Qadın yalnız sevginin mənbəyini yenidən kəşf edərsə, öz həyatını dəyişə bilər.
5-ci sirr – Daxili keyfiyyətlərin təzahürü
Sakit və harmoniya şəraitində yaşamaq üçün qadın xatırlamalıdır ki, onun “Mənliyi” – qəlbinin ən mühüm keyfiyyətlərini özündə təcəssüm etdirir: yumşaqlıq, həssaslıq, mehribanlıq, bağışlamaq qabiliyyəti, qəbul etmək və nəhayət sevmək bacarığı.
Qəlb əbədidir və buna görə heç nədən qorxmur. O, başqalarında ən ülvi hisslər oyatmağa məcburdur, onun üçün də o elə gözəldir… O, həm də insanlara sevgi bəxş etmək, istilik yaymaq və səmimiyyət ötürmək üçün verilib. Daxili işıq mənbəyini özündə aşkar edən və qəlbinin özünü sərbəst ifadə etməsinə imkan verən qadın avtomatik olaraq onun qorunmasını təmin edən ruhu özünə çəkəcək. Güclü kişi qadının qəlbinin ürəkdən sevən və yumşaq təbiətinə ehtiyac duyur.
Təbiətinizi inkar etməyi dayandırmaq, zərif, qayğıkeş, sevimli olmağı öyrənmək və bu xidmətdən zövq almaq vacibdir. Bu zaman dünyanın qanunları sizin xeyrinə oynayacaq!