geyim

Qadın kişini necə geyindirməlidir?

Baxış sayı: 1. 579

Qadınlar qədər kişilər üçün də geyinib-keçinmək önəmlidir. Lakin bu sahədə onların qadın köməyinə və dəstəyinə ehtiyacları var.

Kişilərin çoxu qadınlar kimi zövqlü geyinə bilmirlər. Nəyi, necə kombinasiya etməyi bacarmırlar və böyük dəb səhvlərinə yol verirlər. Əsl qadın sevdiyi kişinin geyim-keçiminə fikir verməli, kişi dəbini izləməlidir.

 

Kəmər və ayaqqabı eyni rəngdə olsun – Kəmərlər və ayaqqabılar qara və yaxud qəhvəyi kimi klassik rənglərdə olmalıdır. Çünki başqa rəngləri kombinasiya etmək çətindir. Amma fərqli görünmək istəyirsinizsə, klassik qara ayaqqabını parlaq tonlarda kəmərlə birləşdirə bilərsiniz. İdman stlini sevirsinizsə, kəmər də idman üslubunda olmalıdır.

 

Köynəyə uyğun qalstuk – Köynəyin qalstukla uyğunluğu dəbin birinci şərtidir. Qalstuk kişinin stilini əks etdirir. Zolaqlı, üstü şəkilli qalstuk taxmaqdan çəkinməyin. Köynəklə qalstukun rəngi bir-birinə zidd olmamalıdır. Damalı köynəyi elə damalı qalstukla taxın.

 

Bahalı saata pul verməyə xəsislik etməyin – Saat kişilərin ən önəmli aksessuarıdır. Həm idman, həm də klassik geyimlə taxa biləcəyiniz saat alın. Ucuz modellərə boş yerə pul xərcləməyin.

Qara qayışlı saatı qara kəmərlə, qəhvəyi qayışlı saatı isə qəhvəyi kəmərlə tamamlayın.

 

Corablara diqqət edin – Corabda ən önəmli qayda onun şalvar və ayaqqabı rəngi ilə uyğun olmasıdır. Tünd rəng şalvarları qara və zolaqlı corablarla tamamlayın. Ağ corabları klassik şalvar və nazik burun ayaqqabı ilə geyinməyin. Açıq rəngli corablar idman ayaqqabılar üçün nəzərdə tutulub.

 

Linza yerinə eynək – Gözləriniz zəif görürsə, linzanı bir kənara qoyun. Seçdiyiniz modelin üz quruluşunuza uyğun olmasına fikir verin. Eynəkli kişilər daha xarizmatik görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir