“Gencaile.az” Türkiyənin tanınmış yazarı Ayşe Armanın “Yaşasın orqazm” yazısından qadınların masturbasiyası və orqazmı haqda maraqlı parçaları təqdim edir.
**
Yapon dilində kişinin masturbasiyasına “senzuri” deyirlər, mənası “min zərbə”, qadınınkına isə “manziru” deyirlər, mənası “on min zərbə” deməkdir.
Qadının orqazm olmağı orta hesabla 20 dəqiqə çəkir. Kişilərdə isə 2-5 dəqiqə vaxt aparır. Bəli, bu, haqsızlıqdır. Amma başqa nə etmək olar ki? Yadda saxlayın, 20 dəqiqə orta vaxtdır. Qadınların yarısında bu müddət 30 dəqiqəyə çatır, daha uzun da çəkə bilər. Tamamilə əksi də ola bilər. Seksə aid hər şeydə olduğu kimi, orqazmda da “norma” yoxdur, hər bir şəxsin özünün “norması” var.
Aparılan araşdırmaya görə, qadınların 63 faizi partnyorları ilə seksual əlaqəyə girərkən fantaziya qururlar. 93 faizi isə masturbasiya zamanı xəyallarında müəyyən ssenari və görüntülər canlandırırlar. Bunu etmək ayıb deyil. Qadınların çoxu edir. Əslində insanın ən böyük cinsi orqanı beynidir.
Araşdırmalara görə, qadınların 1-2 faizi heç nəyə ehtiyac duymadan, sadəcə beyinlərinin gücü ilə orqazm ola bilirlər.
Bir qadının orqazm olması üçün 10 səbəb
- Çünki yaxşı hiss etdirir
- Çünki havayıdır
- Çünki qanunidir
- Çünki stressi azaldır
- Çünki kalori yandırır
- Çünki yatmağınıza kömək edir
- Çünki gərginliyi azaldır
- Çünki menstruasiya sancılarını və baş ağrılarını azaldır
- Çünki partnyorunuz olmasa da edə bilərsiniz
- Niyə etməyək ki?
Masturbasiya haqqında eşitmiş ola biləcəyiniz 6 yalan
1) Yalan: “Əgər qadın masturbasiya edərsə, sonra kişi ilə yatanda orqazm yaşaya bilmir”
Həqiqət: Əksinədir. Araşdırmalar masturbasiya ilə orqazm olan qadınların cütləşən zaman orqazm olma ehtimalının daha yüksək olduğunu göstərir. Bir də qadın öz bədənini tanıyırsa, cinsi mənada özünü yaxşı hiss etdirən şeyləri bilmə ehtimalı da yüksəkdir.
2) Yalan: Masturbasiya tənha insanların işidir, partnyoru olanlar eləməməlidir.
Həqiqət: Dəxli yoxdur. Sevgilisi olanlar, yaxud evli olanlar edə bilər. Bəzən hətta cütlüklər bir-birlərinin cinsi orqanını oyandıraraq, yaxud seksual söhbətlər edərək növbəylə bir-birlərinin orqazm olmağına kömək edirlər.
3) Yalan: Masturbasiya ilə özünə zərər verə bilərsiniz
Həqiqət: Belə baxanda, çox şey risklidir. Məsələn, maşın sürərkən masturbasiya etmək həqiqətən təhlükəlidir.
4) Yalan: Masturbasiya edən qadının bakirəliyi pozula bilər.
Həqiqət: Bakirəliyin pozulmağı üçün mütləq bir partnyor olmalıdır. Masturbasiya isə tək görülən iş olduğuna görə, qadının bakirəliyini itirməsindən söhbət gedə bilməz.
5) Yalan: Masturbasiya etmək əxlaqsız, pis qızların işidir
Həqiqət: Xeyr. Heteroseksual, biseksual, lezbiyan, çox sekslə məşğul olan, tənha, evli, sevgilisi olan, həkim, it saxlayan, vəkillər, müəllimlər, evdar qadınlar, işsiz qadınlar, rəhbər qadınlar – hər yaşdan, hər irqdən, hər dindən olan qadınlar masturbasiya ilə məşğul olurlar. Ateistlər və aqnostiklər də.
6) Yalan: Tez-tez masturbasiya etmək olmaz və buna fikir vermək lazımdır
Həqiqət: Bir qadın özünə həzz verməyə çox vaxt ayırır və dərslərindən qalır, işə gecikir, dostlarına vaxt ayırmır, mühüm işlərdən yayınırsa, bu mənada zərərlidir. Digər halda heç bir zərəri yoxdur.