Baget- brilyant

Qadın üçün ən gözəl hədiyyə: “Baget” brilyant

Baxış sayı: 714

“Baget” brilyantları son vaxtlar ən populyar almaz seqmentlərindən biridir. Zərgərlik dünyasına qədəm qoyduğu ilk gündən müasir və zərif üslubları ilə qadınların diqqətini çəkməyi bacarıb. Bəs, niyə “baget” brilyantları bu qədər populyardır?

Beləliklə, xarici KİV-ə istinadən bu haqda geniş məlumatı təqdim edirik:

Zərgərlik dünyasının ən məşhur modelləri arasında yer alan “Baget” almazı əslində bir kəsim növünü ifadə edir. Almazın iti, bucaqlı və uzun düzbucaqlı şəklində işlənməsi ilə əldə edilən bu qeyri-adi forma daha zərif və müasir görünüş təmin edir. Son illərdə müasir zərgərlikdə aparıcı yer tutan “baget” almazının tarixi 20-ci əsrin əvvəllərinə təsadüf edir. İlk dəfə 1920-ci illərdə simmetrik və həndəsi formaları gündəmə gətirən Art Deco sənət cərəyanı ilə zərgərlik dünyasında yerini alan “Baget” almaz artan populyarlığı ilə diqqət çəkir.

“Baget” almazlarının bu qədər diqqət çəkməsinin ən əhəmiyyətli səbəbi, ənənəvi formanı təmsil edən dəyirmi kəsilmiş brilyantlara alternativ yaratmaqdır. Bu səbəbdən üslubu və geyimi ilə fərq yaratmağı sevən cəsur və azad ruhlu qadınlar daha çox “baget” brilyantlarına üstünlük verirlər.

“Baget”in sadə, lakin təəccüblü düzbucaqlı forması da zərgərlik dizaynerlərinin sevimlisinə çevrilib. Əvvəllər “baget” sözü deyiləndə ağla ancaq üzük gəlirdi. İndi baget brilyantlarını boyunbağılardan qolbaq və sırğalara qədər müxtəlif zərgərlik formalarında görmək mümkündür.

Evlilik təklifi, toy, ad günü və digər özəl günlər üçün ən qəşəng hədiyyə sayılan “baget” brilyantı alarkən detallara diqqət yetirilməlidir. Seçiləcək bagetin mümkün qədər ağ və parlaq olması çox vacibdir. Büdcənizə uyğun olaraq karatı seçə bilərsiniz. Amma alacağınız məhsul sertifikatlı olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir