kisi-qadin

Qadın və kişi arasında 10 fərq

Baxış sayı: 1. 916

Statistika kişilərin qadınlara nisbətən daha zəif olduğunu deyir. İntihara daha yaxındırlar və psixoloji çöküntülərə daha tez məruz qalırlar. İnfakt və qəzalarda kişilərin ölüm halları daha çox olur.

Qadınlar uzun və sağlam yaşasalar da “kişilərə aid” işlərdə çox da şansları yoxdur. Əsas problemləri isə öz sözlərini yeridə bilmirlər. İş həyatında da yüksəlmələri bir o qədər çətindir.

İndi isə qadınlar və kişilər arasında 12 fərqi sizinlə paylaşırıq.

  1. Fərqliliklər hələ beşik vaxtlarından başlayır. Psixoloqların apardığı tədqiqatlara görə, oğlan uşaqları ətrafda gəzib oynayarkən, qız uşaqları vaxtlarının çoxunu ətrafı müşahidə etməklə keçirir.
  2. Qız uşaqları oğlan uşaqlarına nisbətən daha tez dil açır.
  3. Depressiyaya girən qadınların sayı kişilərə nisbətən iki qat daha çoxdur.
  4. Kişilər qadınların sözünü kəsməkdən çəkinmirlər. Mübahisə zamanı “söz kəsmə”lərin 96 %-i  onlara məxsus olur.
  5. Kişilərin 48 %-i xoruldayır. Qadınların  bu 22%-i.
  6. Qadınlar kişilərdən üç dəfə daha çox telefon zəngləri edir və telefon danışmaları daha uzun olur. Qadınların telefon danışıqları ortalama 20 dəqiqə, kişilərdə isə bu müddət 6 dəqiqədir.
  7. Qadınlar inkişaf dövrlərini kişilərə nisbətən daha tez tamamlayır. Qadınlar adət görməyə başladıqdan sonra inkişaf dövrlərini demək olar ki, başa vurur. Kişələrdə isə bu 18 yaşa qədər davam edir.
  8. Qadınlar spirtli içkilərə qarşı daha həssas olur. Çünki spirtin təsirini azaldan fermentlər qadınlarda kişilərə nisbətdə daha az təsir göstərir.
  9. Solaxaylığa oğlan uşaqlarında daha çox rast gəlinir. Oğlanlar sol əllərini istifadə etməkdə qızlardan daha bacarıqlıdır. Bunun səbəbi kişilərdə sağ beyin yarımkürəsinin qadınlarla müqayisədə daha yaxşı inkişaf etməsidir.
  10. Qadınlar daha çox gülümsəyir və söhbət zamanı qarşı tərəfin gözünün içinə baxır. Kişilər isə ümumiyyətlə baxışlarını qaçırır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir