İstər baxımlı, istər baxımsız, istər makiyaj etməyi sevən, istər sadəliyə üstünlük verən qadın olsun, fərq etməz. İstisnasız bütün xanımların istifadə etdikləri kosmetik vasitələrdən biri dodaq boyalarıdır.
Çox vaxt qırmızı və çəhrayı rəng çalarlarında olan dodaq boyalarına üstünlük versək də, bir müddət sonra hər gün eyni obrazda görünməkdən sıxılırıq.
Elə ona görə də makiyajda fərqli rənglərə müraciət etmək və cəsarətli addımlar atmalıyıq. Beləliklə, sizə hər qadının istifadə edə bilməyəcəyi, xüsusi cəsarət və bacarıq tələb edən dodaq boyalarını təqdim edirik:
Qara rəngli dodaq boyası
Bohem tərzində geyinən xanımların, rok musiqi qruplarının üzvlərinin üstünlük verdiyi dodaq boyasıdır. Ledi Qaqa, Rihanna kimi müğənnilər bu rəngdən tez-tez istifadə edirlər.
Qara rəng pomada çəkmək istəyirsinizsə, gözlər də qara qələmlə haşiyəyə alınmalıdır.
Göy rəng dodaq boyas
Bu rəngdə olan pomadanı çəkmək həqiqətən də cəsarət tələb edir. Selena Qomez, Rihanna, Keti Perri kimi müğənnilərin dodaqlarında bu rəngi görmək mümkündür. Gündəlik həyatda çox istifadə olunmasa da, jurnallar üçün fotosessiya etdirən modellər çox vaxt bu rəngə üstünlük verirlər.
Çəhrayı və ya göy rəngli göz kölgəsi ilə tamamlanır.
Mavi rəng dodaq boyası
Göy rənglə oxşar olduğu üçün yuxarıda verdiyimiz məsləhətlər burda da keçərlidir. Çəhrayı rəng ənliklə tamamlanır.
Yaşıl rəng dodaq boyası
Bu dodaq boyasını demək olar ki, sadəcə jurnal səhifələrində görmək mümkündür. Rəngarəng göz makiyajı və ağ rəngli paltar ilə tamamlamaq lazımdır.
Sarı rəng dodaq boyası
Hər qadının dodağına çəkə bilməyəcəyi bir rəngdir. Dodaqlar qüsursuz olmalıdır. Eyni rəngli göz kölgəsi ilə tamamlamaq olar. Cennifer Lopez kliplərindən birində sarı rəngli dodaq boyası ilə diqqət çəkmişdi.
Narıncı rəng dodaq boyası
Əvvəllər narıncı da qadınların çəkindiyi rənglər sırasında idi. Ancaq indi demək olar ki, narıncı rəng dodaq boyalarını hamı sevir. Yenə də narıncı hamıya yaraşmır, ağbəniz qadınlar bu rəngə üstünlük versələr daha yaxşı olar. Qeyd edim ki, 2014-cü ilin ən trend dodaq boyası rənglərindən biridir.
Qeyd edim ki, bu rənglərin əksəri gündəlik istifadə üçün yaralı deyil. Xüsusi dəvətlərə, gecə kluplarına, partilərə gedərkən müraciət etmək olar.