Qadının xərçənglə mübarizəsi ərinin FOTOLARINDA
“Biz birlikdəyik, hər şey yaxşı olacaq”
Fotoqraf Angelo Merendino Cenifferə elə ilk görüşdən vurulur. Nyu-Yorkun Mərkəzi parkında evlənirlər. Beş ay sonra Cenniferə döş xərçəngi diaqnozu qoyulur. Angelo bloqunda o günü belə xatırlayır: “Bir-birimizin gözünə baxıb əl-ələ tutmağımızı heç vaxt unutmaram. “Biz birlikdəyik, hər şey yaxşı olacaq”, – dedik”.
Yoldaşının xəstəliklə mübarizə apardığı müddətdə Angelo onun fotolarını çəkməyə qərar verir. O, arvadının simasında xərçəng xəstəliyini göstərib. Fotolarınsa şərhə ehtiyacı yoxdur. Ailem.az həmin fotoları təqdim edir.