Qadınlar ən çox hansı formada edilən evlənmə təklifini xoşlayır?

Baxış sayı: 1. 912

Necə bir evlənmə təklifi xəyal edirsiniz? Təəcübləndirici, romantik, sürprizli, yoxsa çılğıncasına? Bu evlilik təkliflərindən hansı sizə daha yaxındır?

Artıq kişilərin etdiyi çox şeyi qadınlar da edə bilir. Ancaq söz mövzusu evlənmə təklifi isə o zaman axan sular dayanır. Bəzi istisnaları saymasaq, evlənmə təklifinin kişidən qadına edilməsi ənənəsi davam edir. Hətta bütün evlənmə təklifi şərtlərini qadınlar hazırlasa da, “Mənimlə evlənərsənmi?” sözü kişiyə daha çox yaraşır.

 Təəcübləndirici  təklif

Hər halda bir evlənmə təklifini gözəl edən şey gözlənilməz bir anda gəlməsidir. Əlaqənizin şərtləri evliliyə doğru getdiyinizin siqnallarını versə də, heç gözləmədiyiniz bir anda sevgilinizin “mənimlə evlənərsənmi?” sözüylə qarşılaşmaq hansı qadını xoşbəxt etməz ki? Məsələn, adi bir nahar arasında, mətbəxdə birlikdə yemək hazırladığınız bir anda, bir sevişmə sonrasında, bir-birinizi uzun zamandır görmədiyiniz bir səyahət dönüşündə sevgiliniz sizə təklif edə bilər.

Romantik təklif
Romantizmdən xoşlanan qadınların ən böyük xəyalı romantik bir evlənmə təklifi almaqdır. Məsələn, kinoda filmin ən romantik anında sevgilinizin qulağınıza o sehrli sözü pıçıldaması, ya da şam işığı altında, skripka melodiyasıyla yediyiniz bir yemək əsnasında kiçik bir qutudan çıxardığı üzüklə birlikdə diz çökərək evlənmə təklifi etməsi…
Çoxmu klassik təklifdir, sizcə? Sevgilinizin sizin üçün söz yazıb bəstələdiyi və studiyada qeyd etdiyi mahnını evə gəldiyinizdə dvd-də çalaraq sizi rəqsə qaldırması və bu romantik rəqs əsnasında qulağınıza “hər səhər yanımda oyanarsanmı?”, – deyə pıçıldasa, nə deyərsiniz? Ya da bir qırmızı gül dəstəsinin içindəki kiçik bir məktubla evlənmə təklifi almaq necədir?

Sürprizli təklif

Tutaq ki, ad gününüzdür və sevgilinizlə restoranda baş-başa gözəl bir yemək yeyəcəksiniz. Masaya oturanda yemək qabının içində tək daş üzüyü görürsünüz və sevglinizin dodaqlarından o gözlənilən sözləri eşidirsiniz. Daha bitmədi…
Tam bu anın qarışıqlığını yaşayarkən, birdən ətrafdan ən yaxın dostlarınız alqış tufanıyla sizə doğru yaxınlaşır. Demə bu sehrli ana hər kəs şahid olub.
Bir başqa sürprizli təklif də, sevglinizlə getdiyiniz tətildə, otel otağında yatağın üzərində bir üzük tapmaq ola bilər. Ya da sevgiliniz sizi ilk görüşdüyünüz yerə aparıb orada evlənmə təklif etməsi nə xoş bir sürpriz olar, düşünün?

Çılğın təklif

İkinizində sualtı tullanışı etməkdən xoşunuz gəlirsə, sevgiliniz belə bir plan qura bilər.  Tam suyun altındaykən sevglinizin “mənimlə evlənərsənmi?” yazılı kartı su altında sizə göstərərək təklif etməsi çoxmu çılğınca? Təyyarəylə səyahətə gedərkən razı saldığı təyyarə işçilərinin icazəsi ilə uçuş kabinetinə girərək mikrofonu almasıyla, sizin üçün yazdığı şeiri oxuması və sonra da evlənmə təklif etməsinə nə deyərsiniz?

Mesaj verin

Bu təklif formalarından hansı sizə daha yaxın gəlirsə, sevgilinizə o tərz təklifdən xoşlanacağınızın siqnallarını verməyə laqeyd yanaşmayın. Məsələn, işə, bu xəbəri sevgilinizə oxumaqla başlayın. Beləcə, xəyallarınızdakı kimi bir evlənmə təklifi alaraq, evliliyinizdə də hər şeyin istədiyiniz kimi olması üçün ilk addımı atmış olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir