Kosmetika firması olan “Loreal”ın apardığı araşdırma qadınlar haqda qəribə həqiqət ortaya çıxarıb. Avropalı qadınların 70%-i zərif cinsin alim olacağına inanmır. 5 min qadın arasında keçirilən sorğuda iştirak edənlərin 70%-i zərif cinsin alimlik üçün uyğun olmadığını, 89%-i isə başqa peşənin daha uyğun olduğunu deyib. Sadəcə 10%-lik bir qrup qadınların alim ola biləcəyinə inanır.