alis-veris

Qadınlar alış-verişi niyə sevir?

Baxış sayı: 576

Alış-veriş daha çox qadınların işidi və onlar alış-verişə daha çox vaxt ayırırlar. Kişilərdən fərqli olaraq, bir çox qadınlar alış-verişi istirahət fəaliyyəti olaraq da görür. Psixoloqların sözlərinə görə, alış-veriş həvəsində bir sıra  psixoloji məqamlar var.

alis-veris

Satınalma məmnuniyyət hissi yaradır

Alış-veriş əvvəllər ehtiyacları ödəyirdisə, bu son illərdə bəzi emosional ehtiyacların yerinə yetirilməsinə də cavab verir. Çünki yeni bir şey almaq bir çox insana özünü yaxşı hiss etdirir və güc hissi yaradır. Bununla da, məmnuniyyət hissi ön plana keçir.

alis-veris

Alış-veriş kədər hissini azaldır

Kədər çox zaman nəzarət edə bilmədiyimiz bir duyğudur. Çünki kədərli olan insanlar ümumiyyətlə, kədərlərin qaynağını başqaları ilə və ya şansla əlaqələndirməyə meyilli olurlar. Bu səbəbdən alış-veriş itirilmiş idarəetmə hissini bərpa etmək üçün istifadə edilə bilər.

onlayin alis-veris

Qazanmaq və sahib olmaq serotoninin səviyyəsini artırır

Xoşbəxtlik hormonu olan serotoninin qeyri-kafi səviyyədə olması depressiyaya səbəb olur. Həyatımızdakı bir çox fəaliyyət, əslində serotonin təsirini yarada bilir. Məsələn, buna alış-veriş etmək və ya hədiyyə vermək də daxildir. Bu səbəblə də bir çox insanlar, əsasən də qadınlar sıxıldıqda ya da depressiv hiss etdikdə alış-verişə yönəlirlər.

alis-veris

Niyə endirimli alış-veriş daha cəlbedicidir?

Bəzən qiyməti daha ucuz olan və daha tez-tez istifadə edə biləcəyimiz bir köynəkdənsə, qiyməti çox yüksək olub indi endirimə düşən, amma əslində o qədər də tez geyinməyəcəyimiz bir köynək daha cəlbedici gəlir. Bu zaman qənaət etdiyimizi düşünürük, lakin xərclərin səviyyəsinə baxdıqda bunu demək mümkün olmur.

alis-veris

Alış-veriş həyatınızın mərkəzinə çevrildikdə təhlükəli olmağa başlayır

Alış-veriş etmək yaxşı hiss etdirdiyi üçün bu öz daxilində sonsuz dövr halına gələ bilir. Burada isə asılılıq təhlükəsi ortaya çıxır. Alış-verişin şəxsin gündəlik həyatına və funksionallığına mənfi istiqamətdə təsir etməyə başlaması, gün ərzində bununla bağlı ciddi məşğuliyyətin meydana gəlməsi, alış-veriş edə bilmədiyindən ya da hər hansı bir şeyi satın ala bilmədiyində ciddi daxili, ruhi narahatlıqların yaranması və bütün bu fəaliyyətlərin nəticələrində zərər görməyə başlama (ödəyə biləcəyindən daha çox borcun altına girmə) alış-veriş aludəçisi olduğunuz və bunun təhlükəli həddə gəldiyindən xəbər verir.

Psixiatriyada alış-veriş xəstəliyi olaraq xarakterizə olunan anlayış ilk olaraq 1915-ci ildə Kraepelin tərəfindən “oniomania” yəni satınalma manik davranışı olaraq təyin olunub. Alış-veriş aludəçilərinin əksəriyyəti xoşbəxt deyil və niyə xoşbəxt olmadıqlarını bilmirlər. Bu şəxslər adətən daxili boşluq hiss edirlər və bu boşluğu yemək yemə və ya alış-veriş ilə doldurmağa çalışırlar.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir