“Evolutionary Psychological Science” jurnalının araşdırmasına görə, qadınlar üçün psixopat xarakterli kişiləri daha cəlbedicidir.
“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, elm adamları qadınların psixopat və mülayim xarakterli kişilərə qarşı davranışlarını analiz edib.
Araşdırma nəticəsində zərif cinsin nümayəndələrinin psixopat xarakterli kişiləri daha cəlbedici qəbul etdiyi ortaya çıxıb.
Araşdırma zamanı psixopat və mülayim xarakterli fərdlərin qadınlarla olan əlaqələri qiymətləndirilib. Nəticədə isə xüsusi sosial zəka kimi faktorların qadınlarda daha çox istək oyatdığı bəlli olub.