aile

“Qadınlar bu addımı öz həyatını yaşamaq istəyi ilə izah edir”

Baxış sayı: 552

Azərbaycanda boşanmaların təşəbbüskarı çox vaxt qadınlar olur. Bunu vəkil-mediator Qasım Şaliyev deyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə respublikada 21 688 boşanma qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 5 705 (2022-ci ildə 15 983) fakt çoxdur.

Üstəlik, nikahların sayının azalması fonunda ənənəvi ailə institutunun dağıdılması ilə bağlı narahatlıq doğuran bu tendensiya davam edir.

Ekspert qeyd edir ki, boşanmaların əsas səbəbi həyat yoldaşları arasında ünsiyyətin olmaması, cütlərin bir-birini yaxşı tanımaması və başa düşməməsidir.

Onun sözlərinə görə, bəzən 10-15 il davam edən evlilikdə belə, həyat yoldaşları arasında kifayət qədər ünsiyyət və qarşılıqlı anlaşma olmur.

Qasım Şaliyev - Sputnik Azərbaycan, 1920, 09.03.2024

Mediator hesab edir ki, ailə quranlar xüsusi dərslərdə iştirak etməlidirlər ki, orada onlara ailə institutu haqqında məlumat verilsin. Amma psixoloqun xidmətindən istifadə etsələr daha yaxşı olar.

“Son illərdə maraqlı bir tendensiya ortaya çıxıb: əgər əvvəllər ailəni daha çox kişi tərk edirdisə, indi bunu qadınlar edir. Praktikada qadının ərini uşaqları ilə tərk etməsi halları ilə qarşılaşmalı oluruq, qadınlar bu addımı öz həyatını yaşamaq istəyi ilə izah edir” – vəkil bildirir.

“Məsələn, mənim üzləşdiyim son işlərdən birində bir kişi nikahı xilas etməyə çalışdı, lakin arvadı qəti şəkildə buna qarşı çıxdı. Baxırsan ki, normal adamlardır, ailədə zorakılıq faktı yoxdur, kişi-uşaq münasibətləri də yaxşıdır, amma qadın sadəcə öz həyatını yaşamaq istəyir” – mediator qeyd edir.

Şaliev vurğulayır ki, qadınların getdikcə daha çox boşanmaq üçün müraciət etmələrinin başqa bir səbəbi də həyat yoldaşının pis vərdişlərinə dözmək istəməmələridir.

Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2024

“Əsasən qadınlar ərinin narkotik və alkoqoldan asılılığına görə boşanır. Amma təbii ki, kişilər də boşanmaq üçün ərizə verirlər. Cütlük xəyanət ucbatından ayrılır. Eyni zamanda, daha çox kişilərin günahkar olduğu əvvəlki illərdən fərqli olaraq, indi analoji faktlara qadınlar arasında rast gəlinir. Amma ailənin ağır maddi vəziyyəti boşanma səbəbi deyil”.

Vəkil bildirir ki, hüquqşünas və mediator kimi təcrübəsində həyat yoldaşlarının yoxsulluq ucbatından boşanması halına rast gəlməyib.

Qeyd edək ki, Azərbaycanda boşanma üçün məhkəməyə müraciət etməzdən əvvəl tərəflər ilkin vasitəçilik iclasında iştirak edirlər. Orada onlara proses haqqında ümumi məlumat verilir və mübahisənin məhkəməyə getmədən necə həll oluna biləcəyi barədə məlumatlar verilir.

Bundan sonra tərəflər mediasiyaya davam etmək və ya məhkəməyə müraciət etmək barədə qərar qəbul edirlər. Onu da qeyd edək ki, mediasiya ilə bağlı müraciətlərin 80%-i ailə münaqişələri ilə bağlıdır ki, bunun da təqribən yarısı tərəflərin barışması ilə yekunlaşır.

 

Zarina Orucəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir