sevgi

Qadınlar bu filmləri izləsinlər – 10 film

Baxış sayı: 1. 760

Bəzi filmlərin təsiri uzun müddət keçmir. Bəzilərinə baxırıq və dərhal unuduruq. Bir çox filmlər isə məhz qadınlar tərəfindən daha çox sevilir. Elə bilməyin ki, qadınlar yalnız məhəbbət mövzusunda olan ekran əsərlərini sevirlər. əsla, belə deyil. Eynilə qadınların özləri kimi  bu filmlər də çox yönlü və təxmin edilməzdir. “Gencaile.az” baxılması üçün qadınlara məsləhət görülən filmlərin siyahısını təqdim edir. Bu filmlərin bir neçəsidir. Onları unutmayın. Bu filmləri  doğru zamanda kəşf etmək həyatınızı dəyişə bilər.

 

Çəhrayı həyat  (La Vie en Rose)

Film həyat, yaşamaq, mahnı oxumaq və sevgi yolunda çətin bir mübarizə aparan Fransız musiqisinin  divası Edith Piafdan bəhs edir. Ekran işi müğənninin təsirli bioqrafiyası üzərində qurulub. “Çəhrayı həyat ” Edit Piafın dövründə Parisi mükəmməl şəkildə ifadə edən bir şah əsərdir.

 

Janenin zəfəri (G.I. Jane)

Bu filmdə gözlənilməz səhnələr və ya döyüş səhnələri yoxdur. Lakin həqiqətən insan ruhunun gücünü göstərə nadir filmlərdən biridir. Xüsusilə də qadınlar baxımından. “Janenin zəfəri”  unudulmaz səhnələri və mükəmməl şəkildə qurulan ssenarisi ilə klassik bir filmdir.

 

Mona Lisa gülüşü (Mona Lisa Smile)

“Mona Lisa gülüşü” kinonun ən dərin qatlarına baş vurur. Bu film sizə qürurun, cəsarətin və məqsəd sahibi olmanın dəyərini öyrədəcək. Amma ekran əsərinin əsl əhəmiyyəti bu deyil. Film insanın əslində özünün nə qədər əhəmiyyətli olduğunu izah edir.

 

Milyon dollarlıq körpə (Million Dollar Baby)

“Milyon dollarlıq körpə” mübaliğəsiz olaraq həqiqəti nümayiş etdirən başdan sonadək ovsunlayıcı bir filmdir. Həyatın həqiq şiddətini və zalımlığını açıq-aydın gözlər qarşısında nümayiş etdirir. Həyat bəzən yalnız qərarlı, qorxusuz, əzmli insanların öhdəsindən gələ biləcəyi mübarizələr bəxş edir.

 

Şeytan Prada geyinir (The Devil Wears Prada)

Moda dünyası müzakirəsiz olaraq gözəldir. Amma eyni dərəcədə də mərhəmətsizdir. Ən kiçik səhv belə, təpədən enişin xəbərçisi ola bilər. Filmin prodüserləri əlbəttə ki, didaktik bir film iddiasında olmayıblar. Digər komediya-dram filmləri ilə oxşarlıqları var. Lakin yenə də yüngül, əyləncəli və xüsusi bir film olaraq gözəl istehsal edilib.

 

Xəyalların arxasınca (Revolutionary Road)

Yəqin ki, iki uşaqlı cütlüyün çətinliklərindən bəhs edən bir filmin ilham qaynağı ola bilməyəcəyini düşünürsünüz. Lakin yanılırsınız. “Xəyalların arxasınca”sının sonunda az əvvəl özünüzü izləmisinizsə, oturduğunuz yerdən qalxa bilməyəcəksiniz.

 

Kraliça (The Queen)

“Kraliça” İngilis Kraliyet ailəsinin Şahzadə Diananın ölümündən sonra hakimiyyət dövrünü  son dərəcə doğru bir formada təsvir edir. Böhtançı tənqidlərin baş aldığı bir mühitdə necə kraliçalıq etmək olar? Insanların ümidləri qarşısında  duyğulara məğlub olmamaq və ya təzyiqə boyun əyməmək mümkündürmü?

 

Şirin bəla (Erin Brockovich)

Bu film güclü, lakin bir tərəfdən də həssas bir qadın hekayəsidir. Yaşadığı şərtlərdə, adi qadınlıq zəifliklər, icazə verilməyən rahatlıqlar….  Filmin qəhrəmanı olan xanım olmaya bilər. Ancaq əzmi və insanlar üçün duyduğu narahatlıqlar qeyri-mümkünün öhdəsindən gəlməyə ona kömək edir. Bu, böyük bir şirkətə qarşı qazanılan bir qələbəni təmin edir.

 

Frida

Unudulmaz bir qadın, insan təbiətindəki asilik, bitməyən arzular və enerji haqqında maraqlı bir filmdir. “Frida” yalnız möcüzəvi bir sənətçinin hekayəsini deyil, eyni zamanda da sevgisi və ailəsi hər şeydən vacib olan bir qadın haqqındadır. Filmin musiqiləri də möhtəşəmdir.

 

Ye, dua et, Sev (Eat Pray Love)

Bu filmi siyahıya daxil etməmək mümkün deyil. Film istənilən gərginliyin öhdəsindən gəlməyə sadə bir üsul təklif edir: İ hərfi ilə başlayan ölkələrdən birini seç, dərhal oraya get və özünü kəşf et.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir