Psixoloqlar müəyyənləşdirib ki, qadınların öz ərlərindən, sevgililərindən gizlətdikləri bir çox şeylər var.
Bunlardan biri onların mağazadan, bazardan, butikdən və.s aldığı hər şeyin miqdarını olduğundan az deməsidir. Onlar bunu ərlərinin pula görə deyinməməsi üçün edirlər. Bundan başqa, qadınlar çox vaxt ərlərinin onları qısqanması üçün kiçik yalanlar deyirlər. Zərif cinsin nümayəndələri ərlərinin boş-boş işlərlə məşğul olduğunun fərqində olsalar belə, bunu onlara demir, ondan narazı olduqlarını dilə gətirmirlər. Qadınların ərlərindən gizlətdiyi daha bir məqam isə yaraşıqlı aktyorlara olan heyranlıqlarıdır.
Onlar hesab edirlər ki, bunu desələr, ərlərinin qəlbinə dəymiş olacaqlar