Alimlərin qadın və kişi beyinləri üzərində apardıqları araşdırmalar nəticəsində maraqlı məlumatlar ortaya çıxıb.
Bəlli olub ki, qadın beyni ip ucları əldə etmə, hiss etmə sahəsində kişi beynindən daha ustadır. Qadınlar hər an başqalarındakı dəyişikləri hiss edir, fərqləri başa düşür. Bundan başqa kişi beyni səsi, üz ifadələrini, bədən dilini, hissləri dəqiqliklə hiss etmir. Qadınların beyni daha aktiv olduğu üçün eşq travması keçirən xanımlar depressiyadan daha gec çıxır. Qadınların hissləri daha güclüdür, ona görə də rəfiqələri daha çox olur.
Uşaq yaşlarından qadınlar daha tez, axıcı danışırlar. Qadınlar bir qərar verməzdən əvvəl daha çox araşdırma aparırlar. Ona görə də paltar almazdan öncə çox gəzirlər. Stressə qarşı daha həssas olurlar.