Araşdırmalar göstərir ki, qadınlar 10 sahədə kişilərdən daha üstündür. Həmin 10 sektor aşağıdakılardır:
1) İnvestisiya
Araşdırmalara görə, qadınların investisiyaları kişilərinkinə nisbətdə 18 faiz daha yaxşıdır. Bu qadınların investisiya qoyanda gələcəyi daha çox düşünməklərindən irəli gəlir.
2) Nəqliyyat
Qadınlar maşınları daha ehtiyatlı sürməyi hər kəsə bəllidir. Kişilərin qəzada ölüm riski qadınlara nisbətən 77 faiz çoxdur.
3) Rahatlıq
2000 insan arasında aparılan araşdırma qadınların problemlərini kişilərə nəzərən daha çox büruzə verdiyini göstərib. Qadınların 53 faizi, kişilərinsə sadəcə 29 faizi dostları ilə problemlərini bölüşür. Buna görə də qadınlar problemlərini daha rahat həll edirlər.
4) Karyera
Statistikaya görə, Amerikada 2007-ci ildən bəri işini itirənlərin 80 faizi kişilərdir. Səbəb isə kişilərin işlədiyi sektorların daha çox böhrana uğramasıdır. Qadınlar düzgün sektor seçib işsiz qalmırlar.
6) Gözəllik
Araşdırmalar göstərir ki, qadınlar getdikcə daha da gözəlləşdiyi halda kişilər dəyişməz qalır. 2000 insanı 40 il müddətində izləyən tədqiqatçılar cazibədar qadınların gözəl uşaqlar dünyaya gətirdiyini müəyyənləşdiriblər. Bundan başqa gözəl qadınların ilk uşaqları da çox vaxt qız olurmuş. Həmin qızlar da əvvəlki nəsillərə görə daha gözəldirlər.
7) Təhsil
Statistikaya görə, qadınlar təhsil sektorunda kişilərdən daha uğurludurlar. Ancaq burada qeyd etmək lazımdır ki, kişilər iş həyatına qadınlardan daha tez, məktəb yaxud universitet dövründə başlayırlar.
8) Qidalanma
Minsout Universitetinin 14 min insan üzərində keçirdiyi araşdırmaya görə, qadınlar kişilərə görə daha sağlam qidalanırlar. Kişilər dondurulmuş kotlet, qızardılmış ət yediyi halda qadınlar tərəvəzlərə, meyvələrə üstünlük verirlər.
9) Sağlamlıq
Qadınların immun sistemi kişilərdən daha güclüdür və daha az xəstələnirlər. Estrogen qadınların gizli silahıdır. Bu hormon infeksiyalarla mübarizədə qadınlara əlavə güc verir.
10) Yaş
Dünyada 100 yaşdan yuxarı insanların 85 faizi qadındır. Qadınlar kişilərə nisbətən 5-10 il daha çox yaşayırlar.