Bir çox qadınlar uğursuz sevgi münasibətlərinə görə əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, bunun səbəbi qadınların münasibət üçün uyğun adamı seçməmələridir.
“Gencaile.az” xarici KİV-lərə istinadən xəbər verir ki, müəyyən əlamətlərə, davranışa görə uzunmüddətli şəxsi münasibət, ailə həyatı üçün uyğun gəlməyən kişi tiplərini ayırd etmək olar.
Diqqətsizdir, münasibətlərdə fasilələr verir
Belə kişilər hər şey yaxşı olarkən belə, bir müddətlik itir, əlaqə saxlamır. Siz onunla əlaqə saxlamaq istədikdə məşğul olduğunu bəhanə gətirir. Sonra yenidən zəng vurur, görüşmək istəyir. Belə kişiləri ciddi münasibət maraqlandırmır.
O, sizi əhatəsindən gizlədir
Subay olsa da, tanışları arasına sizinlə çıxmır. Yaxınları və qohumları ilə sizi tanış etmir. Sizinlə “Selfi” də çəkdirmirsə, deməli, onun üçün ötəri sevgi macərasısız.
Evlidir
Evli kişilərlə münasibət əksər hallarda xoşbəxt sonluqla bitmir. Boşanmağı söz versə də, seçim qarşısında qalanda həyat yoldaşını seçəcək. İllərlə qurduğunuz birgə həyat xəyalları isə uçacaq.
Özünü uşaq kimi aparır
Ana uşağı dediyimiz tiplər qadından ona ana kimi davranmağı gözləyir. Problemlərin həllində özünü aciz göstərir. İşləməyi xoşlamır, tənbəl olur və məsuliyyəti öz üzərinə götürmək istəmir. Bütün uğursuzluqlarda isə münasibətdə olduğu qadını günahkar çıxarır. Əgər “ana” olmaqdan imtina etsəz, başqasını tapacaq.
Manipulyator kişilər
Belə kişini həyatınıza daxil etmisinizsə, sizi idarə edəcək. Onun qaydalarına uyğun yaşamalı olacaqsız, hər addımınızı nəzarətdə saxlayacaq. Manipulyator kişilər qadının ünsiyyətdə olduğu çevrəsini daraltmağa çalışır. Belə kişilər qadınlara əl qaldırmağa da meyilli olur.
Həyatının mükəmməl qadınını axtarır
Demək olar ki, qarşılaşdığı bütün qadınlarda nəsə mənfi bir xüsusiyyət tapır. Heç kimi bəyənmir. Bu istəklərinə baxmayaraq, kişi özü mükəmməl obrazdan uzaq ola bilər. Əgər belə kişi ilə münasibət quracaqsızsa, bir müddət sonra sizi tənqid etməyə başlayacaq, çox güman ki, sevgi hekayəsi ayrılıqla bitəcək.