qadin

Qadınlar istirahət etməyi bacarmır? – ARAŞDIRMA

Baxış sayı: 1. 748
Kanadanın Montreal Universitetinin apardığı araşdırmaya görə, qadınların beyni istirahət edərkən belə çalışır. 
Qadınlar dincələrkən də bir çox şey haqda düşünürlər, kişilər isə istirahətdən həzz alırlar. Alimlər sübut ediblər ki, qadınlar məsuliyyətli olduqlarına görə kişilərdən daha çox düşünürlər. Amma tədqiqat zamanı o da üzə çıxıb ki, istirahət zamanı qadınlar detallar üzərində daha çox düşünüb, istirahəti özlərinə zəhər edirlər.
Məsələn, tətildən sonrakı qayğılar, iş yerindəki problemlər onları relax olmağa qoymur. Son nəticədə isə beynini yükləyən zərif cinsin nümayəndəsi istirahətin dadını çıxara bilmir.
Araşdırmalar onu da göstərib ki, qadınlar istirahətdən sonrakı dönəmdə də ondan yaxşı zövq ala bilmədikləri üçün özlərini günahkar hiss edirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir