Bu xəbər xüsusən hündürdaban ayaqqabı geyinməyi sevən qadınları sevindirəcək. Hündürdaban ayaqqabı üzərində dayanmaq çətin olsa da, qadınları çox cazibədar göstərir. Və qadınları onun qədər özünə inamlı göstərən başqa bir ayaqqabı modeli mövcud deyil. Qadınlar topuqlu ayaqqabını sevməsə də, onu geyinən zaman özünü daha yaxşı hiss edir. Əslində, bunun dəqiq bir açıqlaması yoxdur. Bu mükəmməl hissi duya bilmək üçün yüksək zövqə malik qadın olmalısan…
Göz qamaşdırıcı göstərir. Hündürdaban ayaqqabı geyinməyin başlıca səbəbi qadınları möhtəşəm və seksual göstərməsidir. Donları hündürdaban ayaqqabı ilə geyinməyin xüsusi gözəlliyi var.
Kontrol və güc məndədir. Hündürdaban ayaqqabı geyinmək qadınları inanılmaz dərəcədə güclü hiss etdirir. Əgər hündürdaban ayaqqabı geyinməyə vərdiş deyilsinizsə, yanınızda başqa rahat bir ayaqqabı götürün. Güclü görünmək istəyən qadınların fikrincə, əsas şərt dikdaban ayaqqabılarda gəzməyi öyrənməkdir. Elə indi onlarda gəzməyi öyrənin!
Cazibədar göstərir. Hündürdaban ayaqqabı geyinməyin ən böyük səbəblərindən biri fotolarda daha cazibədar düşməkdir. Hər bir qadın topuqlu ayaqqabıların bu sehrindən xəbərdar olmalıdır.
Tık-tık səsləri gəlir. Hələ uşaq ikən bütün qızlar hündürdaban ayaqqabılara kədərlə baxır və onları nə vaxt daşıya biləcəyinin xəyallarını qurur. Analarının başı qarşına kimi onların dikdaban ayaqqabılarını geyinib evdə gəzir… Tık-tık səsləri qadınların ən zəif nöqtələrindən biridir.
Əhval-ruhiyyəni qaldırır. Bütün qadınlar etiraf edir ki, hündürdaban ayaqqabı geyinən zaman özlərini daha yüksək əhval-ruhiyyədə hiss edirlər. Dikdaban ayaqqabılarda özünü şahzadələr kimi hiss edir və o an dünyanın ən gözəl xanımı olduğunu düşünür. Stressi atmaq üçün hündürdaban ayaqqabılar geyinin.