danışmaq

Qadınlar niyə çox danışır?

Baxış sayı: 1. 980

Kişilər hər zaman qadınların çox danışdıqlarını iddia edirlər.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, hər xırda detala xüsusi fikir verən xanımlar isə heç vaxt bununla razılaşmırlar. Alimlər bu məsələnin elmi izahını veriblər.

Belə ki, detallara əhəmiyyət verməyən kişilərdən fərqli olaraq, qadınlarda beyinin sol yarımkürəsi hər zaman danışıq qabiliyyətini aktiv saxlayır. Bundan başqa, onlarda beyinin sol ön tərəfində xüsusi bir bölgə var. Bunun sayəsində danışıq funksiyası daha çox fəaliyyət göstərir.

Əlavə olaraq, xanımlarda beyinin sağ yarımkürəsində də danışığı təmin edən ikinci bir mərkəz var. Beyinin hər iki tərəfində belə bir mərkəzin mövcudluğu isə qadınların kişilərdən fərqli olaraq, daha asan və rahat danışmalarını təmin edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir