masin

Qadınlar yaxşı avtomobil idarə edir, yoxsa kişilər?

Baxış sayı: 554

Qadınlar yaxşı avtomobil idarə edir, yoxsa kişilər?

Bu sual uzun illərdir ki, müzakirə edilir və hər dəfəsində qadınların pis sürücü olduqlrına dair nəticələr ortaya qoyulur.

Məsələn; bir qadın sürücü qəza etdiyi zaman “qadın sürücü qəza törətdi” başlığı ilə xəbərlər yayımlanır. Ancaq qəzanı edən sürücü, kişi olduğu zaman sürücünün kişi olduğu önə çıxarılmır və sadəcə qəza barədə məlumat verilir.

Elmi araşdırmalara görə, qadınların sürücülüklə bağlı zəif yönləri olsa da, kişilərlə müqayisədə güclü yönləri də var. İki cinsin fərqli avtomobil idarə etməsinin səbəbi təkamül biologiyası ilə açıqlanır. Kişi və qadın arasında fiziki fərqliliklər, sürmə bacarığı mövzusunda təxmin edə biləcəyinizdən böyük rol oynayır.

Kişilik hormonu olan testosteronun sürücülük bacarıqlı üzərində təsirləri olduqca güclüdür. Mütəxəssislərin fikrincə, yaxşı avtomobil idarə etmək üçün vizual işləmə bacarıqlarına sahib olmağınız lazımdır. Testosteron, kişilərdə məkan qavramasını artıraraq park etmə kimi vəziyyətlərdə üstünlük təmin edir. Məsafə, ətrafdakı əşyalar və işarələr daha yaxşı anlaşıla bilir. Bunun sayəsində yol şərtləri daha sürətli qəbul edilir.

Alimlər bəzi vizual bacarıqlarını itirməyə başlayan yaşlı kişilərin bir doza testosteron qəbul etdikləri zaman vizual işləmə sürətlərində bir artımın olduğunu müəyyən edib. Yəni, sürücülük qabiliyyətinin güclü olması birbaşa testosterona bağlıdır.

Özünüzlə digər əşyalar, avtomobillər, yolun vəziyyəti arasında olan əlaqəni başa düşmə qabiliyyətinin olması da önəmlidir. Məkan qavrama bacarığı yüksək olan insanlar sənət, idman, elm, riyaziyyat və sürücülük də daxil olmaqla həyatın fərqli sahələrində daha müvəffəqiyyətli olur.

Bəzi araşdırmalara görə, yüksək testosteron səviyyəsinin avtomobillərə və yolda olan digər maneələrə toxunmadan sürə bilmək üçün həyati əhəmiyyət daşıyan qavramanı artırır.

Testosteronun faydalı funksiyaları ilə yanaşı zərərləri də var. Testosteron aqressivliyi artırır. Bu səbəbdən də kişi sürücülər yolda daha çox riskli və özünə inamlı olur. Buna görə, yeniyetmələrin, 20-30 yaşında olan kişi sürücülərin avtomobil qəzalarında ölüm səviyyəsi daha yüksək olur. Çünki bu illər onların testosteron səviyyəsinin ən yüksək olduğu illərdir.

Testosteron kimi estrogen də sürücülər üzərində təsirli ola bilər. Estrogen qadınlarda avtomobil idarə edərkən daha çox diqqətli olmasını təmin edir. Bir anlığa başqa yerə baxan sürücülər tərəfindən törədilən qəzaların sayı olduqca çoxdur. Estrogen hormonu diqqəti artırdığı üçün qadınlar daha diqqətli olur. Qadınların diqqəti asanlıqla dağılmır və onlar yola qarşı daha diqqətli olurlar.

Yaddaşın da yaxşı sürücü olmaq üçün əhəmiyyətli bir payı var. Yolu və çatma vaxtını xatırlamaq yaddaşla bağlıdır. Araşdırmalar qadınların kişilərdən daha yaxşı yaddaşa sahib olduqlarını və yaşa bağlı olan yaddaş itkisinin qadınlarda kişilərdən gec başladığını göstərir. “Gələndə çörək də al” deyilən bir kişinin evə gələndə çörək almamasının səbəbi də bu vəziyyətlə əlaqəlidir.

Kişilərin testosteron gücü və qadınların estrogen gücü arasında olan ən böyük fərq davranışlarıdır. Estrogeni çox zaman empati ilə əlaqələndiririk. Qadınların şəfqət göstərməsinin tək səbəbi bu deyil, amma bu da əhəmiyyətli rol oynayır. Buna görə də, qadın sürücülərin yol qaydalarına əməl etmək, digər sürücülərlə mübahisə etməmək və gərəksiz risk almamaq kimi keyfiyyətləri var.

Hormonlar, kişilər və qadınlar arasında olan müxtəlifliyə təsir edə bilər. Ancaq beyin, cinsiyyət davranışlarının arasında olan həqiqi mühərrikdir.

Belə ki, kişilər istiqamət duyğusuna sahib olduğu halda, qadınlar yolu daha yaxşı xatırlaya bilir. Buna görə də kişilər tez-tez yol soruşmur. Hər şey hipokampusla əlaqəlidir. Beynin bu hissəsi insanların zehni xəritələr yaratmasına və şəhərin küçələrində itmədən rahat gəzməsinə şərait yaradır. Araşdırmalara görə, kişilər avtomobil idarə edərkən beyninin bu hissəsini daha çox istifadə edirlər.

Digər tərəfdən qadınlar yer işarələrini, maneələri daha yaxşı xatırlaya bilir və yolu daha yaxşı yadda saxlaya bilir. “Qadınlar kişilər kimi park edə bilmir” cümləsinin səbəbi qadınlarda daha kiçik parietal lobun olmasıdır. Bu məkan çətinliklərinin yaranmasına səbəb ola bilər. Kişilər isə daha böyük parietal loba sahib olduqları üçün parkinq kimi məsələlərdə daha bacarıqlıdır. Beynin bu hissəsi kişilərdə fərqində olma bacarığı yaradır və paralel park etmə, arxaya sürmə kimi vəziyyətlərdə işə yarayır.

Kişilər duyularla, xüsusilə mənfi duyularla əlaqəli olan badam şəklində bir beyini olan daha böyük amigdalaya sahibdir. Təhdid yaradan və ya stresli vəziyyətlərə məruz qaldıqları zaman amigdala “açılır” və kişi sürücülər hərəkətə keçə bilir. Bu sürücüyə əsəblə reaksiya vermə kimi vəziyyətlərə də səbəb ola bilər.

Qadınlar kişilərlə müqayisədə, daha sürətli inkişaf edən daha böyük prefrontal korteksə sahibdir. Beynin bu hissəsi insanlara duyğu və davranışlarını idarə etmə bacarığı verir. Qadınlar bu hisəsinin ölçüsü daha geniş olduğu üçün kişiərlə müqayisədə az risk alırlar.

masin

Bəs statistika nə deyir?

Birləşmiş Krallıqda aparılan bir araşdırmada; qadın sürücülərin kişilərlə müqayisədə, sürcülük vəsiqəsi imtahanında imtahandan kəsilmə vəziyyətinin daha çox olduğunu və yaşa dolduqca bu vəziyyətin daha da artdığını göstərir. 17 yaşlı qadın sürücülər kişilərlə müayisədə, imtahanda 7 faiz daha çox bacarıqsız olur. Bu səviyyə 20 yaşlılar arasında müqayisədə 15 faiz, 30 yaşlılar arasında olan müqayisədə 25 faiz, 35 yaşlılar arasında olan müqayisədə 41 faiz və 50 yaşında olanlar arasında müqayisədə 50 faizdən daha çoxdur.

Kişilər sürücülük vəsiqəsi imtahanında daha bacarıqlı olsa da, qadınlarla müqayisədə daha çox qəza törədirlər. Hesablamaya görə, kişilər qadınlarla müqayisədə, 15 min dollar daha çox sığorta haqqı ödəyir. Kişilərin visual, məkan və mühərrik işləmə kimi üstünlükləri olmasına baxmayaraq, ölümcül və ciddi qəzalar daha çox kişilər tərəfindən törədilir.

Kişilər yüksək sürətlə hərəkət etməyə daha çox meyilli olur. Yol hərəkəti qanunlarını daha çox pozur. Yəni, qadın sürücünün avtomobilində olmaq daha çox təhlükəsizlikdə olmaq deməkdir.

Qadınlar da risksiz deyil. Bəzi vəziyyətlərdə kişilərlə müqayisədə daha təhlükəli ola bilirlər. Belə ki, qadınların avtomobil idarə edən zaman mesajlara cavab vermə üstünlüyü kişilərdən 5 faiz çoxdur. Sükan arxasında qadınlar, kişilərlə müqayisədə 11 faiz çox nəsə yeyə bilir. Qısaca olaraq, qadınlar sükan arxasında pis vərdişlərə daha çox meyil edir.

Kişilər qadınlardan daha yaxşı avtomobil idarə etmə qabiliyyətinə malikdir, amma bir qadının avtomobilndə daha təhlükəsizlikdəsiniz.

Elmeddin Muradli

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Murdlı isə deyir ki, nə qədər acınacaqlı olsa da, bu gün qadın sürücülərlə bağlı problemlər mövcuddur.

“Xanım sürücülərə təlim keçən təlimçi qadınların özləri ilə də bağlı ciddi problemlər var. Əslində “kim təlimçi olmalıdır” sualı hələ də açıq qalıb. Biz onun cavabını tapa bilmirik. Çünki standartlara uyğun olmayan təlimçilər çoxdur. Və bəzi təlimçilər var ki, onların özünə təlim keçmək lazımdır. Söhbət qadın təlimçilərdən gedir. Belələri özünü sosial şəbəkələrdə reklam edib ətraflarına xanım sürücü namizədlərini yığırlar. Onların təlim keçdiyi xanım sürücülər də təhlükə mənbəyinə çevrilir”.

Ekspertin fikrincə, “qadın sürücü” problemini həll etmək üçün öncə qadın təlimçi problemini həll etmək lazımdır. Bu barədə “Yol hərəkəti Təhlükəsizliyi üzrə” 5 illik dövlət proqramında da xüsusi qeyd edilib.

“Bu proqramdan irəli gələrək, bu sahədə ciddi iş görülməlidir. Ümumilikdə, qadın sürücülərlə bağlı spesifik xüsusiyyətlər var. Xanım sürücülər adətən sağ tərəfə tam nəzarət edə bilmir. Əksər xaım sürüclərin idarə etdiyi avtomobillərin sağ tərəfinə fikir versəniz görərsiniz ki, əzilib ,sürtülüb və ya mütləq nəsə problem var. Qadın sürücülər, güzgülərlə də yaxşı işləməyi bacarmırlar. Baxmayaraq ki, xanımlar güzgüyə tez-tez baxırlar və bəzənirlər. Amma təəssüf olsun ki, maşında güzgülərlə işləməyi bacarmırlar” – deyə ekspert bildirir ki, xanım sürücülərin parklama ilə bağlı da böyük problemləri var. Onlar bu məsələni gec qavrayırlar.

E.Muradlı vurğulayıb ki, qadın sürücülər, kişi sürücülərlə müqayisədə təhlükəsizlik kəmərindən çox istifadə edir. Onlar arasında da bu kəməri özünə yaraşdırmayanlar olsa da, qadınlar çox zaman təhlükəsizlik kəməri taxır.

Ekspert qadın sürücülərin sürət həddinə də diqqətli olduğunu qeyd edir:

“Qadınlar sürət həddini aşmır, işıqforun qırımızı işığından nadir halda keçərlər. Bəziləri bu işıqforun qırmızı işığını görmədiyi üçün keçir. Bu zaman sürücünün fikri ya telefonda, ya da kosmetikanın yanında olur.

Piyadalara yol vermək məsələsinə gəldikdə isə, qadın sürücülər bu qaydaları çox pozurlar. Əvvəldən sürət həddini düzgün seçə bilmədiklərinə və doğru ölçüdə məsafə saxlamadıqlarına görə, bu problem yaşanır.

Qadınlar avtomobillərinə səliqə ilə baxsalar da, elə xanımlar var ki, avtomobilinin təmizliyinə baxmır. Belə məqamlar çoxdur” – deyən ekspert əlavə edib ki, bu gün ölkəmizdə 60 minə yaxın qadın sürücü olmasına baxmayaraq, onlardan 20 minə yaxını avtomobil idarə edir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir