qadin gobek

Qadınlara MÜJDƏ: 5 hərəkətlə qarnınızdan qurtulun!

Baxış sayı: 2. 333

Ciddi bir pəhriz və idmanla istənməyən yağlardan qısa müddətdə xilas ola biləsiniz. Ailem.az möcüzəvi təsirli 5 göbəkəritmə hərəkətini təqdim edir. Çox vaxt itirmədən, elə indi bunları tətbiq etməyə başlaya bilərsiniz.

Çarpaz hərəkət: Bunun üçün arxası üstə uzanıb, sol ayağınızı qaldırın. Dizinizi 90 dərəcə büküb, sağ əlinizi gicgahınıza qoyun və dirsəyinizi açın. Nəfəs alın. Nəfəs verərkən sağ çiyninizi yerdən qaldırın, qarnınızı yaxşı sıxaraq sola doğru əyilin. Nəfəs alarkən yenə arxaya doğru uzanın və bu hərəkəti ən az 2 dəfə təkrarlayın. Yenə eyni hərəkəti sol tərəfdə təkrarlayın.

Jim etmək: Jim halını alıb, qarnınızı sıxın. Ombanızı aşağı tutub yaxşıca sıxın və hərəkət etmədən 20 saniyə belə gözləyin. Bunu 3 dəfə təkrarlayın. Jim edərkən düz istiqamətdə baxmalısınız.

Döşəmə hərəkəti: Qolunuzun əl ilə dirsək arasındakı hissəsini yerə qoyun. Jimdəki kimi  bədəninizi qaldırıb, bu şəkildə 20 saniyə gözləyin. Bu hərəkəti 3 dəfə təkrarlayın.

Arxası üstə yatmaq hərəkəti: Arxası üstə uzanıb əllərinizi belinizin altına qoyaraq aradakı boşluğu doldurun. Ayaqlarınızı yerdən 45 dərəcə yuxarı qaldırın və 15 saniyə belə gözləyin. Eyni hərəkəti 3 dəfə təkrarlayın.

Arxası üstə uzanaraq ayaqlarınızı qaldırın və dizlərinizi 90 dərəcə bükün: Qarnınızı sıxın. Əllərinizi gicgahınıza qoyub, dirsəklərinizi açın və nəfəs alın. Nəfəs verərkən çiyinlərinizi yerdən qaldırın, qarnınızı yaxşıca sıxıb dizlərinizə doğru bükün. Nəfəs alarkən yenə arxaya doğru düzəlin və çiyinlərinizi yerə vurmadan bu hərəkəti bir neçə dəfə təkrarlayın. İdman zamanı belinizin yerdən qalxmamasına çalışın. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir