Aparılan elmi araşdırmalara görə, qadınların ürəyi kişilərə görə daha çox kövrəkdir və qadınların yaddaşı kişilərdən daha güclüdür. Elmi tədqiqatlarla bu sübut edilib.
Türkiyənin kardiologiya üzrə mütəxəssisi Dos. Dr. Ahmet Karabulut sınıq qəlb xəstəliklərinin daha çox qadınlarda müşahidə edildiyini dilə gətirib. Həddindən artıq stress və qəm çəkmək qadınlarda sınıq qəlb xəstəliyini tətikləyir. Buna baxmayaraq qadınlarda infarkta meyillilik kişilərlə müqayisədə daha azdır.
Karabulut qadınları kişilərdən fərqləndirən 10 xüsusiyyəti açıqlayıb.
Qadın beyni unutmur
Kişilər qadınların bu xüsusiyyətini heç də xoşlamırlar. Norveçdə aparılan araşdırmalara görə, qadınların beyni daha çox hadisəni yadda saxlayır və hadisələri kişilərdən daha tez xatırlayır. Bunun səbəbi tam məlum deyil. Təxminlərə görə, kişilərdə qan təzyiqinin yüksək olması və damar sərtliyi ilə əlaqədar beyində yaşlanma daha çox olur.
Qadınlar duyğularını daha çox kəlmədən istifadə edərək izah edirlər
Qadınlar kişilərdən daha çox danışır. Aparılan araşdırmalara görə, cəmiyyət içində olan qadınlar kişilərdən daha çox danışır və 2.5 dəfə daha çox söz istifadə edirlər.
Bu cəhət qadınların sosial mühitə daha tez uyğunlaşmasına imkan verir. Səbəbi tam məlum olmasa da, qadınların beynində duyğulara dair daha çox hissənin olduğu düşünülür.
Ürəkləri çox həssasdır
Elmi cəhətdən də sübut edilib ki, qadınların ürəyi kişilərlə müqayisədə daha həssas quruluşa malikdir. Ümumiyyətlə, qəlbin sınmasından yaranan stress və kədər onlara daha çox zərbə vurur.
Qadının ürəyi çox incə quruluşa malik olduğundan ürək tutması və ürək xəstəliklərindən zədələnən damarları müalicə etmək çox çətindir. İnfarkt keçirən qadınlarda ölüm halları kişilərə nisbətdə daha çoxdur. Qadınların ürəyi kişilərin ürəyindən daha çox döyünür. Kişilər üçün sadə görünən stress damarların tez zədələnməsinə səbəb olur.
İnfarkta davamlıdır
Kişilərlə müqayisədə qadınlarda ürəyin damar xəstəliyi 10 il daha gec yaranır. Bunun təməlində qadın hormonlarının qoruyucu təsiri dayanır. Bundan əlavə siqaret və spirtli içkilərdən az istifadə onları infarktdan qoruyur. Amma bu fərq menopozdan sonra azalır.
Ağrıya dözümlüdürlər
Qadınlarda ağrıya dözmə hüceyrələri daha güclüdür. Ona görə də qadınlar doğum sancılarına tab gətirə bilirlər. Buna baxmayaraq ağrının mənbəyinin tam seçilməməsi infarkt keçirən qadınlara təşxis qoyulmasını çətinləşdirir. Kişilərdə infarktın ilk əlaməti döş qəfəsinin ağrısı ilə başlayır, qadınlarda isə nəfəs darlığı, halsızlıq, yorğunluq, şişkinlik ilə müşahidə edilir.
Qadın hormonları pis vərdişlərə alüdə olmaqdan qoruyur
Qadınlarda alkoqolizmə meyillilik kişilərə nisbətən çox azdır. Araşdırmalara görə, spirtli içki qəbul edən qadınların beynində zövq hissi yaradan hormonlar daha az ifraz edilir. Bu xüsusiyyət qadınlarda siqaretə düşkünlüyü azaldır. Digər tərəfdən narkotika asılılığı riskini azaldan bu xüsusiyyət, qadınlarda depressiya riskini daha çox yüksəldir.
Qadınların vücudu daha elastikdir
Qadınların bədəni kişilərə nisbətdə daha elastik və çevikdir.
Bu da doğuş vaxtı köməklərinə çatır. Ucaboylu və arıq qadınlarda ürək qapaqları daha elastikdir. Nəticədə ürək çırpıntısını daha da artmasına səbəb olur.
Burunları çox həssasdır
Qoxualma xüsusiyyətinə görə qadınlar kişilərdən bir addım öndədir. Qoxuya həssas hüceyrələrin qadınlarda daha çox olduğu elmi araşdırmalarla sübut edilib. Ona görə də qadınlar parfumeriyaya, ətirlərə daha çox düşkündürlər. Xarab yeməkləri daha tez hiss edə bilirlər.
Beldə yağlanma daha azdır
Qadınlar doğuluşdan fərqli yaradılıb və onların bel nahiyyəsində yağlanma azdır. Bu cəhət damar sərtləşməsi riskini azaltsa da, son zamanlarda obezite xəstəliyi sürətlə bu fərqi aradan qaldırır.
Daha çox yaşayırlar
Qadınlar kişilərdən 5 il daha çox yaşayırlar. Bunun səbəbi qadınların ürək-damar xəstəliklərinə daha az tutulması, sosial münasibətlərinin kişilərdən daha möhkəm olması və şəxsi qayğıya daha çox diqqət yetirmələridir.