icki

Qadınların ən çox içki içdiyi ölkələr

Baxış sayı: 1. 584
Alimlər içki istehlakı ilə bağlı 40-dan artıq ölkəni əhatə edən araşdırma aparıblar. 
Araşdırma ən çox içki içən qadınların Britaniyada yaşadığını ortaya qoyub. Bu ölkədə ali təhsil alan qadınların hər 5-dən biri içki asılılığı problemləri yaşayır. Təhsil almayan, yaxud erkən bitirən qadınlarda isə bu problem hər 10-dan birində müşahidə olunur. Əksinə, kişilərdə isə spirtli içki qəbul olunması ilə onların təhsil səviyyələri arasında heç bir əlaqə mövcud deyil. Alimlərin fikrincə, təhsil alan britaniyalı qadınlar kişilərlə bərabərləşmək üçün içirlər. Xüsusən maliyyə sektorunda çalışan qadınlar kişilərə bənzəmək üçün onların zərərli vərdişlərinə meyl edirlər. Yüksək maaşlı işlər məsuliyyət və depressiya dərəcəsini artırır və sonda içki içməyə sövq edir. Britaniyada bu problem ən çox 45-64 yaşlı qadınlar arasında müşahidə olunur.
Ən populyar içki isə şərabdır. Amma Britaniya vətəndaşlarının ən çox içki içən ölkələr arasında ümumi reytinqdə 11-ci olub. Ən çox içki içilən ölkələr Estoniya, Avstriya, Fransa, İrlandiya və Çexiya olub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir