Ev isleri

Qadınların ev işlərindən niyə imtina edir? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 668

Yemək bişirmək, evi səliqəyə salmaq, uşaqlara baxmaq qadın işidir. Amma nədənsə müasir qadınlar tədricən bu adəti unudur və ev işləri görmək istəmirlər. Daha çox xadimə, xidmətçi və dayələrin xidmətindən yararlanmağa üstünlük verirlər.

 

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, müasir zamanda əksər qadınlar yemək bişirmək və başqa ev işlərini görməkdən imtina edirlər: “Onlar daha çox karyera qurmaq, mədəni istirahət, özünə qulluq etmək istəyirlər. Xüsusilə də işləyən qadınlar daha çox yorulur, həm iş, həm ev, həm də uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirlər. Bu qədər işləməklə yanaşı onlar həm də baxımlı, səliqəli və gözəl görünməyə də çalışırlar. İşləməklə yanaşı onlar dəblə bağlı xəbərləri izləməyə, kolleksiyalarla maraqlanmağa vaxt da tapırlar. Bütün bunlar da ona gətirib çıxarır ki, müasir qadın kişiyə nisbətən daha çox enerji sərf etməli olur. Buna baxmayaraq, ailədə ondan daha çox şey tələb olunur. Bu da müasir qadınların xidmətçi və ya dayə axtarışında olmasına gətirib çıxarır”.

 

Həmidli bildirir ki, qadınları ev işlərindən uzaqlaşdıran onların daim gözəl görünmək istəyidir: “Məhz bu tip qadınlar ev işi görməyi özlərinə sığışdırmırlar. Onlar yemək bişirərkən yemək iyinin paltarlarına hopmasından ehtiyat edir, ev işləri görərkən manikurlarının xarab olmasından dəhşətə gəlirlər. Onlar hər gün mükəmməl görünməyə çalışır, gözəllik salonlarında vaxt keçirir və özlərini əziyyətə vermək istəmirlər. Bəziləri hətta qorxur ki, ev işlərini görmək, qazın qarşısında vaxt keçirmək onları eybəcərləşdirə bilər”.

Image result for Qadınlar ev işləri

Ev işlərindən qaçmağın başqa bir səbəbi isə müasir qadınların uzun müddət pəhriz saxlaması və zəifləməsidir. Onlar zəiflədiyi üçün iş görə bilmir və xroniki yorğunluqdan əziyyət çəkirlər. Əgər əvvəllər artıq çəkili xanımlar gözəl sayılırdısa, bu gün gözəllik standartları dəyişib. İndi qadınlar daha çox arıq olmağa çalışır ki, bu da onların səhhətində mənfi iz buraxır. Bəzən normadan da çox arıqlayan xanımlar bununla da sakitləşmir və pəhriz saxlamağa davam edirlər. Bu cür vəziyyətdə isə heç bir ev işindən söhbət belə gedə bilməz. Pəhriz saxlayan qadın həyat yoldaşı və uşaqları üçün dadlı və yağlı yeməklər bişirərkən özü də pəhrizini pozmuş olur ki, bu onun üçün yolverilməzdir. Qadınların vaxtının çox hissəsini trenajor zallarında, üzgüçülükdə, aerobikada keçirməsi də onları ev işlərindən uzaqlaşdırır.

 

Əlbəttə ki, qadının ev işlərindən imtina etməsi onun tənbəlliyindən də xəbər verə bilər. Son vaxtlar qızlar ev işi görməmək üçün varlı oğlanla ailə həyatı qurmağa can atırlar. Belə ki, kasıb adamla ailə həyatı qurduqda onlar nə xidmətçiyə, nə də dayəyə pul tapa biləcəklər. Özləri evdə oturub yemək bişirməli, qab yumalı, ev süpürməli olacaqlar. Xüsusilə də, əgər gənc xanımların ətrafında imkanlı və ev işlərini bütünlüklə xidmətçilərə həvalə edən xanımlar varsa, onlar kasıbla ailə həyatı qurmaq fikrini ağlına belə gətirmirlər. Varlı, gözəl və ağıllı ər axtarışında olan belə qızların əksəriyyəti isə tələblərini yerinə yetirə bilən adam tapmayıb subay qalırlar.

 

Ev işlərindən imtina qadının məsuliyyətdən qaçması kimi də qiymətləndirilə bilər. Yeməyin dadsız alınması, çox çalışdığına baxmayaraq, ideal səliqəyə nail ola bilməməsi, uşaqların ona qulaq asmaması da qadını ruhdan salır. Həyat yoldaşının daim onun yeməklərindən, ev işlərinə baxmasından narazı olması isə qadını çıxılmaz vəziyyətə salır. Və o, həyata başqa cür yanaşmağa başlayır. Ev işlərini yerinə yetirən xanım rolundan imtina edir və bu işləri görə bilən adam axtarır.

Image result for Qadınlar ev işləri

 

Psixoloqun dediyinə görə, elə ailələr də var ki, orada ev işlərində ər də həyat yoldaşına kömək edir. Bu cür dəstəyi və diqqəti görən xanım əslində çox ruhlanır və daha çox zəhmət çəkməyə başlayır.

 

Günü-gündən cəld yeməklər və konservlər, yarı hazır yeməklərin müxtəlif çeşidlərinin satılması da qadının evdə yemək bişirməməsinə gətirb çıxarır. Belə ki, bu cür yarı hazır qida məhsullaırndan əlüstü nəsə hazırlamaq və süfrəyə təqdim etmək olur. Bu cür qida məhsullarında olan xüsusi əlavələr isə asılılıq yaradır. Onların zərəri barədə müxtəlif informasiyalar yayılsa da, rahat hazırlanması və dadı onları tələb olunan edir.

 

Həmsöhbətimiz qeyd edir ki, əksər qadınların yemək bişirə bilməməsi, pinti olması onların ailədə düzgün tərbiyə almaması ilə də bağlıdır. Belə ki, ana qızlara yemək bişirməyi öyrətmir, onu gələcəyin anası və həyat yoldaşı kimi tərbiyə etmir. Bu da qız ailə həyatı qurandan sonra problemlərə səbəb olur. Belə ki, qayınana və həyat yoldaşı ondan evin xanımı olmasını, evi səliqəyə salmasını, dadlı yeməklər bişirməsini, qayınanaya qulluq etməsini gözləsələr də, gənc xanım bunları etmək istəmir. Bu səbəbdən də konfliktlər başlayır: “Çox vaxt da Azərbaycan ailələrində qadının evdar olması vacib amil sayılır və həyat yoldaşına yaxşı baxmayan, onun üst-başını səliqəyə salmayan, vaxtı-vaxtında yeməyini verməyən, evdə təmizlik işləri görməyən qadın pis həyat yoldaşı sayılır. Bu hətta ailələrin dağılmasına da gətirib çıxarır. Ona görə yaxşı olar ki, analar uşaqlıqdan qızlarına evdar olmağı öyrətsinlər”.

Image result for Qadınlar ev işləri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir