makiyaj

Qadınların heç kəslə paylaşmaq istəmədiyi ÖZƏL ƏŞYALARI

Baxış sayı: 951

Makiyaj materiallarınızı heç kimlə paylaşmamaq, əslində ən yaxşı qərardır. Ancaq məcbur qaldıqda qadınlar bir-birilərinə kömək etməyi sevirlər. Əgər rəfiqələrimizdən biri bizdən hər hansı makiyaj məhsulumuzu istəsə və verməsək, yaxud əksinə olsa, təbii ki, bu hal bizi üzəcək. Elə bu anda düşünməyimiz lazım olan bir məsələ var: şəxsi məhsullarımızı paylaşmaq sağlamlığa zərərlidir …

 

Bəs bu məhsullar hansılardır?

Makiyaj süngəri və fırçaları

Makiyaj fırçaları və süngərləri mikrobları özünə hopduraraq, uzun müddət tərkibində saxlayır. Belə olduğu halda nəinki başqası ilə paylaşmamalı, özünüz istifadə edərkən vaxtaşırı fırçanızı və ya süngərinizi təmizləməlisiniz. Əks təqdirdə dərinizdə çox sayda mikrob və virus daşıya bilərsiniz.

Tuş

Bakteriyalar və göbələklər rütubətli mühitdə yaşamağa daha çox meyllidirlər. Bu səbəbdən, yaş quruluşa sahib olan tuşda bakteriaların mövcud olması mümkündür. Bu, tuşunuzu bir başqası ilə paylaşmamaq lazım olduğunu bildirir. Gözlərinizin qızarmasının səbəbi başqaları ilə paylaşdığınız tuşlar ola bilər.

Dırnaq qayçısı

Dırnaq qayçıları fərdi qulluq məhsuludur. Əllərimiz xarici mühitlə ən çox ünsiyyət quran bir orqan olduğundan, əslində ən çox mikrob daşıyan orqanımızdır. Manikür edərkən öz şəxsi dırnaq qayçıları və digər ləvazimatlarımızdan istifadə etməliyik. Ailədə də hər kəsin şəxsi dırnaq qayçılarının olmasını təmin etməliyik.

Dodaq boyası

Bəlkə də başlığı görəndə ağlınıza gələn ilk şey elə dodaq boyası olub. Ağzımız bakteriyaların ən sıx olduğu yerlərdən biridir. Daim dilimizlə toxunduğumuz dodaqlarımızda da bədənimizdə olan bir çox bakteriyalar var. Bu səbəbdən dodaq boyalarını paylaşmaq yoluxma riskini artıracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir