sevgi

Qadınların kişilərdə axtardığı 5 özəllik

Baxış sayı: 1. 605

Qadınların hər zaman qarışıq bir xarakterə sahib olduqları deyilir. Kişilərə görə qadın heç zaman nə istədiyini bilmir. Əslində isə qadınların istəyi çox bəsitdir.

“Gencaile.az” “Publika.az”-a istinadən qadınların kişilərdə axtardığı 5 özəlliyi təqdim edir. Bu deyilənlərə əməl etsəniz, qadınların əslində nə istədiyi sualına rahatlıqla cavab tapacaqsınız.

 

Yemək bişirmək

Yemək bişirə bilən bir kişi qadın üçün çox şey ifadə edir. İlk növbədə bu yaxşı qidalanmaq üçün hər zaman qadının yemək bişirməyəcəyi mənasını verir. Bu həm də birlikdə yaxşı vaxt keçirməkdə nə qədər istəkli olduğunuzu göstərir.

 

Əyləncəli tip

Onunla əlaqə saxlayacağınızı dediyiniz vaxtdan daha tez zəng edin. Birlikdə zaman keçirin, bol-bol gülün.

 

Düşüncəli olmaq

Qadının stresli bir gün keçirdiyini xatırlayıb, onu sakitləşdirməyə çalışan kişiyə qadının heyranlığı bir az da artmış olar. Heç bir səbəb olmadan ona sevdiyi qidaları alın, ciddi bir iclasdan əvvəl zəng edib uğurlar diləməyiniz yetərlidir qadının axtardıqları siyahısında olmağınız üçün.

 

Dürüstlük

Bir kişini cazibədar edən şey həm də onun dürüstlüyüdür. Dürüst bir kişi münasibətlərdə güvənin qaynağıdır. Bu kişilər həm də əyləncəli olur. Rahatlıqla özünü tənqid edə bilir, yol verdiyi qüsurlardan zarafatla danışa bilir. Bir qadının qarşısında duyğularını açıq şəkildə göstərən kişi onu həm də nə qədər yaxın hiss etdiyini ifadə etmiş olur.

 

Ailə dəyərləri

Uşaqları sevmək qadınların kişilərdə axtardığı ən vacib özəlliklərdəndir. Bunun təbiətin qadına verdiyi analıq hissi, yoxsa sadəcə uşaqla oynayan kişinin şirin görünməsi ilə bağlı olduğu dəqiq bilinmir. Ancaq bilinən bir şey var ki, bu qadınlar üçün çox önəmli nüansdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir