kisi-qadin

Qadınların kişilərdə dəyişdirə bilmədiyi 4 xüsusiyyət

Baxış sayı: 1. 199

Bəzi kişi xüsusiyyətləri var ki, münasibətin hansı dövründə olursanız olun hər zaman sabit qalır. Ümumiyyətlə, qadın və kişi münasibətlərində tərəflərin bir-birilərini dəyişdirmək üçün göstərdikləri səy düzgün olmasa belə rast gəlinən haldır. Ən yaxşısı qarşımızdakı insanı olduğu kimi qəbul etməkdir. Lakin bəzi kişi xüsusiyyətləri var ki, münasibətin hansı dövründə olsanız da daim sabit qalır.

 

 

1) Dedi-qodu…

Kişilər qadınları dedi-qodu etməkdə günahlandırır, ancaq özlərinin daha çox dedi-qodu etdiklərini əsla qəbul etməzlər. Qadınlar söhbətin başqasının qulağına gedib çatmasından qorxduqları üçün üstüörtülü danışar, kişilər isə mövzunu bütün detalları ilə danışır.

 

2) Dostları…

Kişilər dostlarını dəyişdirməzlər. Əgər həqiqətən də sevgilinizin dostlarının yanlış insanlar olduğunu düşünürsünüzsə, sevmədiyiniz bir insan üçün onunla dalaşmaq, mübahisə etmək yerinə, bu reallığı qəbul etməyiniz daha yaxşıdır.

 

3) Qidalanma vərdişləri…

Yemək yeməyə düşkün bir kişiylə birlikdəsinizsə və tanış olduğunuz vaxt yaşı 20-dirsə, onun 30 yaşında necə birisi olacağı sizi maraqlandırır? Bəyəndiyiniz adamı 10 kilo kökəlmiş vəziyyətdə təsəvvür edə bilərsiniz. Çünki “fast food”u sevən bir insanı bunları yeməkdən imtina etdirə bilmərsiniz.

 

4) Hər zaman haqlı olduqlarını iddia etmələri…

Mövzu nə olur olsun sevgilinizlə fikir ayrılığı yarandığı zaman adətən haqlı olan tərəfin özü olduğunu iddia edir. Çünki qadınlar izah etmək üçün daha çox danışarlar və bir müddətdən sonra nəzarəti itirib haqlı olsalar belə haqsız vəziyyətə düşərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir