kisi

Qadınların kişiləri əsəbiləşdirən 3 ağılsız hərəkəti

Baxış sayı: 1. 816

Qadınların hər zaman kişilərdən ağıllı olduqları iddia edilib. Dünyanın məşhur psixoloqları araşdırma apararaq, xanımların bu iddiasının hər zaman düz çıxmadığını bildiriblər. Təkcə kişilər qadınları qıcıqlandırmır…

“Gencaile.az” xarici mətbuata istinadən zərif cinsin nümayəndələrinin kişiləri qıcıqlandıran üç səhvini təqdim edir:

1.Kişinin anası kimi, hətta ondan da yaxşı hazırlamağa can atmaq.

Onsuz da heç nə alınmayacaq. Sən super aşbaz olacaqsan, amma yenə də onun anasını əvəz edə bilməyəcəksən. İş orasındadır ki, kişilər uşaqlıqdan ana əllərinin tamına öyrəşiblər. Ola bilər ki, onun anası kartofu heç də yaxşı qızartmır, amma o, artıq həmin dada alışıb. Bir sözlə, bu doğmalıq instinktidir, başqa heç nə…
Üzülmə… Əvəzində sən də öz övladların üçün əvəzolunmaz aşbaz olacaqsan.

2. Hamamda və ya vannada bərkdən mahnı oxumaq.

Hamamda qarğanın da səsi yaxşı gəlir. Necə gözəl oxuduğunuzu gözə dürtməyin. Onsuz da həyat yoldaşınız müğənni olmağınıza razılıq verməyəcək. Hətta kişilər deyir: başa düşmürük, mahnı
oxuyanda köpük çoxalır, yoxsa çirk tez çıxır?

3. Kişilərin başı çıxdığı mövzularda mübahisə etmək.

Necə ki, kişilər sizin saçlarınızı necə rənglədiyinizi detallarına qədər soruşub, mübahisə etmirik, siz də maşının mühərrikindən, futbolda necə qol vurmaqdan, kompüterin yaddaşından, ya da siyasətdən dəm vurub, baş-beyin aparmayın. Özünüzü nə qədər çoxbilmiş saysanız da kişilərdən çox bilməyəcəksiz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir