Həkimlər xanımların istifadəsinin minimuma endirilməsi lazım olan məhsulları açıqlayıb. Qeyd olunub ki, bu altı məhsulun praktik olaraq qadınlara heç bir faydası yoxdur, yalnız zərər verə bilərlər.
Birincisi şəkər. Bir çoxlarımız bu məhsulun zərərləri haqqında bilirik, lakin xüsusilə qadınlar bu məhsula qarşı daha diqqətli olmalıdırlar. Ən böyük təhlükə çox yüksək kaloridir. Kişilər və qadınlar eyni yeməyi qəbul edə bilərlər, yalnız birincisi bundan kökəlməsə də, ikincisi isə bir neçə əlavə kilo qazanacaq. Həm də şəkər qadınının cinsi orqanlarında bir çox xəstəliyin inkişafına səbəb ola bilər. Kökəlməksə diabetin inkişafına gətirib çıxarır.
Bəziləri şəkəri sintetik əvəzedicilərlə əvəz etməyə çalışır, amma bunu etməmək daha yaxşıdır. Sağlamlığınızı riskə atmamağınız daha yaxşıdır.
Marqarin. Marqarin trans yağlardır və bədənin maddələr mübadiləsini pozur. Xüsusilə qadınlar buna həssasdırlar. Xanımlar ucuz bişmiş məhsullardan ehtiyatlı olmalıdırlar. Bundan başqa, marqarinin olduğu qidalar insanı kökəldir.
Tez hazırlanan qidalar. Bu qidaların tərkibində çox sayda zərərli qatqı mövcuddur. Onlar mədə-bağırsaq mikroflorasına mənfi təsir göstərir. Tez hazırlanan qidaların əksəriyyətinin içərisində qlutamat natriya var ki, onun zərəri bütün dünyada sübut olunub. Tez hazırlanan qidalar qəbul edən qadınların dərisinin təravəti və gözəlliyi də itir.
Ağ çörək. Buğdanın vitaminləri yalnız taxılın qabığındadır. Dəyirmanda taxılın faydalı elementləri tullantıda qalır. Ən dadlı və sevimli bişmiş məhsullar da boş kaloridir. Nəticədə onların içərisində maya və nişasta mövcud olur. Ağ çörək yeyən qadınlarda diabetə yoluxma ehtimalı yeməyənlərə nisbətən üç qat daha çoxdur. Taxıl çörəyinə üstünlük vermək daha yaxşıdır.
Konservləşdirilmiş qida. Konservləşdirilmiş qidalarda gündəlik normanı aşan düz miqdarı var. Bu səbəbdən, xüsusilə qadınlar üçün bu məhsullardan imtina etmək daha yaxşıdır. Eyni zamanda bu qidalarda qadın orqanizminə zərər verə biləcək ləzzət artırıcı və dadlandırıcı maddələr var.
Buraya mayonez, ketçup və sous da daxildir. Bu məhsullardan tamamilə imtina etmək çətindir. Odur ki, onların istifadəsini minimuma endirməyə çalışmalısınız. Qadın bu qidaları həftədə iki dəfədən çox yeməməlidir.
Qəhvə. Gün ərzində yüksək keyfiyyətli qəhvəni yalnız iki fincan qəbul etmək lazımdır. Qəhvə prolaktin adlanan hormonun artmasına səbəb ola bilər. Prolaktinin yüksəlməsi süd vəzilərinin işində problemlər yaradır. Bu siyahıya tünd qara çayı da əlavə etmək olar. Çünki, tünd qara çayın tərkibində yüksək kofein var.