Qadınların tənha olmağının – SƏBƏBLƏRİ…

Baxış sayı: 1. 405

Gözəlsiniz, ağıllısınız lakin hələ də subaysınız. Yaxşı, heç diqqət etdinizmi, çox vaxt gözəl və ağıllı qadınlar subay olurlar. Hələ subaysınızsa, bunun əhəmiyyətli səbəbləri ola bilər.

Ən çox rast gəlinən səbəb, tələblərinin yüksək olmasıdır. Özünəməxsus tələblərinizin olmağı əslində yaxşı bir şeydir. Çünki, siz özünüz üçün ən yaxşısını istəyərsiniz. Lakin, burada əhəmiyyətli olan tələblərinizin nə qədər həqiqətə uyğun olduğudur. Həqiqi olmayan düşüncələr sizi həyatda yalnız buraxa bilər.

Dünyaya mənfi və pessimist baxan biri ola bilərsiniz. Bu vəziyyətdə kişilər sizinlə ailə qurmaqdan çəkinəcəklər. Çünki, kişilər yanında optimist və müsbət qadınları istəyirlər. Heç nədən xoşbəxt olmayan və davamlı şikayətlənən qadını kişilər ümumiyyətlə bəyənmirlər. Düşünün bir ömür boyu şikayətlənmə dinləyəcək!

Bəlkə də seçiminizi səhv edirsiniz. Yanlış bir kişiyə aşiq olub, ömür boyu arxasından qaçaraq, onu gözləmək də səbəblər sırasındadır. Bu tərz kişilər ümumiyyətlə bağlanmağı istəməzlər. Onlar münasibətin əvvəlindəki həyəcanı davam etdirmək və sizi arxalarından süründürməyi sevərlər. Buna görə də özünüzə gəlin və həyatı paylaşan birinin axtarışına keçin.

Baxımsızlıq da subaylıqa səbəb olan meyarlardandır. Heç makiyaj etmir və gözəl geyinməyə diqqət göstərmirsizsə, bəlkə də yalnızlığınızın səbəbi bu ola bilər. Baxımlı olun və yaraşan paltarları geyməyə çalışın. Səliqəli saçlar və az makiyajla bu problemi həll edə bilərsiniz. Həm bu təbiiliklə daha da diqqət çəkəcəyinizə əmin ola bilərsiniz.

Qarşınızdakı insanı dinləmək kimi xasiyyətiniz yoxdursa, yalnız qala bilərsiniz. Qarşınızdakı insanı dinləmək çox əhəmiyyətlidir. Eyni zamanda o danışarkən, nə izah etmək istədiyini yaxşı qavramaq və cavab verə bilmək də çox əhəmiyyətlidir. Bu səbəblə o danışarkən, bədən dili də daxil olmaqla, hər şeyə diqqət etmək lazımdır.

Edilən araşdırmalarda yalnız qalan qadınların əksəriyyətində köhnə sevgilini unutmaq sindromu var. Köhnə sevgiliniz ilə az da olsa görüşürsünüz və hələ də onunla bağlı fikirləriniz varsa, yeni bir əlaqə təəssüf ki, müvəffəqiyyətli ola bilmir. Keçmişi keçmişdə buraxın və yeni həyatınıza başlayın.

Başınızın və ya ağılınızın bir küncü hələ də subay olmağı üstün tuta bilər. Azadlığınızdan imtina etmək və ya bağlanmaqdan qorxu düşüncələri sizi subaylığa istiqamətləndirə bilər. Ona görə də ürəyinizi dinləyin, ailə qurmaq üçün lazımlı problemləri həll etmək istiqamətində yeniliklərə başlayın. Subaylığı seçim edirsinizsə, müəyyən yaşdan sonra peşmançılıq yaşamamağı da mütləq nəzərə alın.

Xarakter quruluşunuz və davranışlarınız, kişilər üçün ana olamağa yaxşı bir namizəd olub-olmamağınız kimi qiymətləndirilir. Çünki kişilər özlərinə yaxşı sevgili, həyat yoldaşı, yaxşı gəlin və ən əsası ideal ana axtarışındadırlar. Hələ də subaysınızsa, özünüzü tənqid etməkdə fayda var.

Əsəbi bir xarakterə sahibsinizsə, ani reaksiyalarınız vardırsa, problem gün kimi aydındır. Bir az daha hirsinizi idarə etməli və sakitliyə ehtiyacınız var.

İdeal kişi axtarmaqla illər heç hiss etmədən keçir. Əlbəttə qarşınıza ilk çıxanla evlənin demirik. Ancaq hər kəs üçün normal olan meyarlarınızı bir az yumşaltmaq, sizin üçün daha yaxşı olacaq.

Son illərin ən moda tərzli kişisi kimi davranan və geyinən qadınlar diqqətli olun. Bir kişinin qadına yaraşdırmadığı davranışlardan biri, kişi kimi davranan və geyinən qadınlardır. Odur ki, tərzinizdə təcili olaraq dəyişikliyə ehtiyacınız var.

Eqoist bir insansınızsa, hər şeydən əvvəl özünüzü düşünürsünüzsə, evlilik sizin üçün çox çətin bir münasibətdir. Çünki evlilik iki adamın həyatı paylaşması deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir