Kişilər, xanımınızı anlamaq üçün dəridən-qabıqdan çıxmaq əvəzinə bu yazıya nəzər yetirsəniz, uduzmazsınız. “Gencaile.az” qadın mimikalarının mənalarını təqdim edir.
Kiçik, zəif hesab etmək: Qalxan qaşlar, üst dodağın qalxması. Alnınızdakı təri qalstukunuzla silməyiniz, ya da yemək yeyərkən, üstünüzə tökməyiniz qadında bu mimikanı yarada bilər.
Nəzarətdə saxlanılan qəzəb: Möhkəm bağlanan dodaqlar, genişlənən burun deşikləri, bir az çəpləşən gözlər. Keçmiş sevgilinizin şəklini tapmaq qadında bu mimikaya səbəb ola bilər.
Lağlağı gülüş: Ağız yarım açıq, gözlər bir az çəp. Dostlarınızla bayıra çıxacağınızı və gec olmadan gələcəyinizi deməyiniz onda bu mimikanı yaradır.
Məcburi gülümsəmək: Dodaq kənarlarının fərqli istiqamətlərə getməsi. Müdirinizi qonaq çağırmağınız bəs edər.
Lağ: Dodaqlar bağlı şəkildə bir istiqamətə əyilir. Daha xoş mənzərəli bir ev üçün əlavə pul vermək istəməməyiniz buna səbəb ola bilər.
Xahiş edərkən: Qalxan qaşlar, titrəyən çənə. Bir söz verib və sonra fikrinizi dəyişdirin. Onda bu mimikayla qarşılaşacaqsınız.
Müdafiə: Qırışmış alın, nəmli gözlər, yarım açıq ağız.
Çaşqın qəzəb: Bir qaşı qalxıb, çənə önə çıxıb. Sevdiyiniz futbol komandasının formasını geyinib yatağa girin.
Çaşqınlıq: Böyümüş gözlər, bir az açılmış ağız. Başqa bir qızın adını döymə elətdirsəniz, bu mimikanı görəcəksiniz.