Geyim

Qalın gödəkçələri evdə təmizləməyin QIZIL QAYDALARI

Baxış sayı: 1. 542

Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq. Payız və qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, pux materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır. Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil.

Odur ki, “Gencaile.az” “Publika.a”-a istinadən pux materiallı gödəkçələri evdə yumağın qaydalarını təqdim edir.

Bunun üçün aşağıdakı ardıcıl 7 qızıl qaydaya əməl etmək lazımdır.

 

Öncə gödəkçənin zəncirbəndini (zamok) sonadək bağlayın, üzərində xəz varsa çıxardın. Gödəkçəni tərs üzünə çevirin. Paltaryuyan maşında yalnız gödəkcəni yuyun. Maşının barabanına gödəkçə ilə birgə bir neçə ədəd ya rezin ya da tennis topu atın ki, içərisindəki pux yumaq şəkilinə düşməsin. Əgər tennis topu qoyacaqsınızsa, öncədən topları yuyun. Yalnız və yalnız maye təmizləyici vasitə istifadə edin. Təmizləyici toz vasitə qətiyyən olmaz!

 

Paltaryuyan maşının ən incə geyimlər üçün olan rejimini tənzimləyin. Suyun istiliyi 30 dərəcədən isti olmamalıdır. Sıxma funksiyasını isə minimal sürətdə ayarlayın (məs: 400). Pux materiallı gödəkçəni mütləq havada qurutmaq lazımdır. Onu səliqə ilə asıb, aradabir götürüb, ehmalca çırpın. Bu zaman içərisi yumaq kimi qalmayacaq, və daha tez quruyacaq. Yadda saxlayın ki, bu materialdan olan gödəkçələrin quruma prosesi bir neçə gün vaxt alacaq. Bütün planlarınızı da buna görə tənzimləyin. Yəni hava şəraiti və bir neçə gün bu gödəkçənizi digər üst geyimi ilə əvəzləmək imkanlarınızı nəzərə alın.

Bu şərtlərə əməl edərək, yuduğunuz gödəkçələriniz, təravətli və tər-təmiz olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir