qan

Qan qruplarının həyatımıza təsirləri

Baxış sayı: 506

Ümumilikdə, 4 qan qrupu var: 0 (I), A(II), B(lll) və AB (IV). Qanın hansı qrupa aid olması qırmızı qan hüceyrələrinin səthində A və B tipli antigenlərin olub-olmamasından asılıdır.

 

Rh faktoru

Başqa bir vacib qan parametri Rh0(D) antigeninin olması və ya olmaması ilə xarakterizə olunur. Rh faktoru D antigeninin mövcudluğundan və ya olmamasından asılı olaraq “Rh+” və ya “Rh-” kimi yazılır. Məsələn, ikinci müsbət qan qrupunun qeydi A(II)+ kimi olur.

 

Qan qrupu həyatımıza necə təsir edir?

Hamiləlik

Hamiləliyin planlaşdırılması zamanı valideynlərin qan qrupunu və xüsusilə Rh faktorunu müəyyən etmək çox vacibdir. Ata və ananın qanı arasındakı ziddiyyətlər hemolitik xəstəliklərə və Rh konfliktinə səbəb ola bilər (əgər ata müsbət və ana mənfi olarsa).

 

Qanköçürmə və orqan transplantasiyası

Bu prosedurlarda həmişə ilk olaraq xəstənin qan qrupu və Rh faktoru müəyyən edilir. Yanlış növ qan köçürsəniz, ölüm də daxil olmaqla, ağırlaşmalar baş verə bilər.

Birinci qrupa yalnız birinci qrup qan verilə bilər, lakin birinci qrup universaldır və hər kəs üçün uyğundur. IV olan insanlar istənilən donordan qan qəbul edə bilərlər.

 

Pəhriz və çəki itkisi

Xüsusilə, insanın qan qrupuna əsaslanan pəhrizlər var. Qan nəqliyyat funksiyasını yerinə yetirdiyindən (orqan və toxumalara oksigen və lazımi maddələrin çatdırılması), qanın tərkibi maddələr mübadiləsinə təsir göstərir. Metabolizm də öz növbəsində pəhrizdə mühüm amildir.

 

Xarakter və bacarıq

Təəssüf ki, və ya bəlkə də xoşbəxtlikdən, qanda antikorların və antigenlərin olması və ya olmaması birbaşa insanın istedadına və ya xarakterinə təsir göstərmir. Bu, beyin neyronlarının və ətraf mühitin məsuliyyət sahəsidir.

Bəs siz yaxınlarınızda qan qrupundan təsirlənə biləcək hər hansı xarakter və xüsusiyyətləri müşahidə etmisiniz?

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir