Yeni ildə əla bir qar yerinə düşərdi, amma hələ ki, sinoptiklər qar barədə danışmır. Psixoloqlar isə danışır: Onlar hesab edirlər ki, qar insan psixologiyasına təsir edirmiş. Belə ki, mütəxəssislər qarın insanı rahatlatdığını , ağ görünüşü ilə insanların psixologiyasına müsbət təsir göstərdiyini bildiriblər.
Ağ rəngin könül açan və fərəhləndirici təsir göstərdiyini bildirən psixologiya mütəxəssisi İhsan Öztekin yay aylarında yaşıl və mavinin, payızda sarının, qışda isə ağın insan psixologiyasına xüsusi təsir göstərdiyini qeyd edib. Bu dönəmdə ailələrin bir-birinə daha çox zaman ayırmalı lazımdır: “Soyuq olmasına baxmayaraq, insanın içini isidən qış ayında insanlar tədbir görməyidə unutmamalıdır. Pozitiv təsir qazanmaq üçün mənfi təsirdən uzaqlaşmaq gərəkdir. Odur ki, insanlar qar yağanda yaşaya biləcəkləri gözəllikləri qaçırmamalıdırlar”.