Elə bir xanım olmaz ki, qarderobunda qara geyim tapılmasın. Bir çoxları üçün qara xilasedici və canqurtarandır. Lakin qara rəngli geyimləri kombinə etmək elə də asan deyil. Darıxdırıcı, cənazəyə gedirmiş kimi və ya qətiyyən diqqət cəlb etməmək kimi ehtimallar var. “Gencaile.az” ən yaxşı qara geyim kombinələri ilə sizi tanış edir. Bu nümunələrdən bəhrələnərək siz də qarderobunuzdakı qara geyimləri kombinə etməyin yolları taparsınız.