Bir zamanlar evdar xanımların əlinin altında mütləq “qara sabun” adlandırdığımız məhsul olardı. İstehsal bazarında təmizləyici vasitələrin sayı artıqca bu sabun da evlərimizi yavaş-yavaş tərk etdi. Bir şeyi unutduq ki, o tək təmizləyici deyil, həmçinin kosmetik, farmaseptik və s. vasitə kimi də köməyimizə çatırdı.
Bu məqaləsini oxuduqdan sonra ucuz və çox gərəkli məhsulu yenidən evlərinizə qaytaracaqsınız.
72%-li məişət sabununun bilmədiyimiz faydaları:
1. Uzun və parlaq saça sahib olub, kəpəkdən qurtulmaq istəyirsinizsə, saçınızı məişət sabunu ilə yuyun. Öncə saçınızı adı şampunla yuyun. Sonda isə bu sabundan istifadə edin. Sonda isə bir neçə damcı sirkə əlavə edilmiş su ilə saçınızı yaxalayın. Bu üsul saçı yağlı olanlar üçün də çox əlverişlidir.
2. Epilyasiyadan sonra xüsusən də həssas dərinin qıcıqlanmasını aradan qaldırmaq üçün də bu sabundan yararlana bilərsiniz.
3. Üz dərisini gənc və təravətli saxlamaq istəyənlər də həftədə iki dəfə bu sabunla üzlərini yuyabilərlər. Yuyunduqdan sonra isə, mütləq dəriyə uşaq kremi çəkmək lazımdır.
4. Məişət sabunu qripdən qorunmaq üçün də əvəzsiz vasitədir. Belə ki, qripin ilk mərhələsində burun dəliklərinizə 1 neçə saniyəlik bu sabuna batırılmış pambıq tampon qoysanız, xəstəlik sizdən yan keçəcək.
5. Bu sehirli sabun dəri göbələyinə də çox təsirlidir. Belə ki, dərinin göbələk olan hissəsin öncə məişət sabunu ilə yaxşıca yuyun. Sonra isə yodlayın.
6. Stomatoloqlar diş fırçasının daimi təmizliyi üçün də bu sabundan istifadə etməyi məsləhət görürlər. Fırçanıza gecə birazca sabun sürtüb, səhər yaxşıca yuyun. Sonra istifadə edin.
7. Məişət sabununu istifadə etməyin bir səbəbi də dəridəkı fırdır. Fırdan qurtulmaq üçün öncə 1 xörək qaşığı rəndələnmiş soğan, 1 xörək qaşığı şəkər tozu və eyni miqdarda götürülmüş məişət sabununu qarışdırın. Fırın üzərinə qoyub, tənziflə bağlayn. Tezliklə bu yaradan canınız qurtarsın.
8. Dabanınızdakı çatları yox etmək üçün, 2 litr isti suya 1 çay qaşığı soda və 1 xörək qaşığı məişət sabunu töküb, qarışdırın. Hər axşam bir neçə dəqiqə ayağınızı bu suda saxlayın. Tezliklə hamar dabana sahib olun.
9. Dərinin yanmış və göyərmiş hissələrini də bu möcüzəvi sabundan su ilə birgə məhləm hazırlayaraq, sağalda bilərsiniz. Bu proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq kifayətdir.
10. Hətta möhkəm günvurmadan sonra yaranacaq qızartılardan qorunmaq üçün bu sabun idealdır. Belə ki, gün yandıran dəriyə bu sabunu nəm şəkildə çəkib, qurumağını gözləyin. İnanın ki, bu dərman qatıqdan daha effektivdir.