kelem dolmasi

Qarabağ mətbəxindən 3 fərqli resept

Baxış sayı: 1. 802

Qarabağın təkcə təbiəti, torpaqlarını deyil, həm də, mətbəxini də yaxından tanımağımız lazımdır. Buna görə də, biz də sizə bu günlərdə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq yaşadığınız stressi mətbəxdə atmağınız üçün gözəl Qarabağımızın dadlı mətbəxindən 3 fərqli resept təqdim edirik.

Xocavənd bölgəsinə xas olan dovğa

Tərkibi

Qatıq – 3 lt.

Keşniş – 2 dəstə

İspanaq – 2 dəstə

Nanə – 50 qr.

Yumurta – 1 ədəd

Un – 40 qr.

Duz – 10 qr.

Hazırlanması

Təzə qatığın içərisinə yumurta və un vurularaq qaşıqla qatışdırılır. Buraya keşniş, ispanaq, nanə və yumru düyü vurularaq orta istilikdə odun üzərində taxta qaşıqla asta-asta bulanır. Düyüsü\bişdikdə dovğa hazırdır.

 

Şuşa mətbəxinin dadlı kələm dolması 

Tərkibi

Ət – 500 qr.

Düyü – 100 qr.

Soğan – 100 qr.

Pomidor – 50 qr.

Kələm – 1 kq.

Duz, istiot

Hazırlanması

Ət çəkilir, içərisinə yumru düyü, duz, soğan, istiot, sarıkök və pomidor əlavə edilib qarışdırılır. Sonra kələm duzlu suda pörtlədilir. Ət kələmin içərisinə yığılaraq bükülür və bişirilir. Süfrəyə veriləndə üzərinə nar sıxılır. Payızda dolmaların arasına heyva dilimləri də düzmək olar.

 

Cəbrayılın məşhur “Südlü sıyığ”ı

Tərkibi

Süd – 1 lt.

Düyü – 200 qr.

Kərə yağı – 40 qr.

Zəfəran – 5 qr.

Su – 1 lt.

Duz – 2 qr.

Hazırlanması

Südə su qatılıb qaynadılır. Düyü arıtlanıb yuyulur və qaynara düşmüş südə qatılır, duz vurulur və zəif od üzərində bişirilir. Süfrəyə verməzdən əvvəl xörəyin üstünə zəfəran şirəsi ( 1q. zəfəran 50 milli qram isti suda açılır) habelə darçın, kərə yağı tökülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir