Tərkibi:
2 yemək qaşığı qarabaşak (greçka),
1 kiçik quru soğan və ya 2 dəstə təzə soğan,
5-6 ədəd pomidor,
4-5 dəstə səmizotu,
Yarım dəstə cəfəri və şüyüd ,
1 yemək qaşığı sirkə,
1 şirniyyat qaşığı zeytun yağı,
Çox az duz
Hazırlanması:
Qarabuğdayı arıtlayın. Təmizlədiyiniz qarabuğdayını 1 saata qədər isti suyla isladaraq gözlədin. Daha sonra yumuşalana qədər bişirin. Tərəvəzləri təmizləyərək yuyun. Pomidor, səmizotu, soğan, cəfəri və şüyüdü yuduqdan sonra doğrayın. Bişirdiyiniz qarabaşağı soyumaya qoyun. Soyuyan qarabaşağa sirkə, zeytun yağı və duzu əlavə edib qarışdırın.
Nuş olsun!