409707

“Qaraca qız”-ın Xədicəsi: “Ssenarini oxuyub ağladım” – FOTO

Baxış sayı: 1. 830

“Qaraca qız” filminin Xədicəsi Leyli Axundova bugünkü gündə də filmlərə çəkilmək istəyir. O bu haqda Milli.Az-a danışıb:

“Ulduz Qaraqızı adlı bir yazar mənə illər öncə bir ssenari verdi. Bu ssenaridə Xədicənin sonrakı həyat və fəaliyyəti, onun böyüyüb ailə həyatı qurması və s. təsvir olunmuşdu. Ssenari mənə o qədər təsir etdi ki, mən oxuyub ağladım. Mən bilirəm ki, tamaşaçılara da Xədicənin filmdən sonrakı həyatı maraqlıdır. Çox istərdim ki, bu ssenarini kimsə çəksin və mən bu filmdə oynayım. Bu, mənim ən böyük arzumdur”.

Əli Rəhimoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir