Qaynadılmış qarğıdalı yay aylarının ən əvəzolunmaz yeməklərindən biridir. Bəs qarğıdalı necə qaynadılır?
Ümumiyyətlə, küçədə yeməyə öyrəşdiyimiz qaynadılmış qarğıdalını yumşaq edə bilmək üçün nələrə diqqət etməliyik?
Qarğıdalını necə qaynatmaq lazımdır sualına keçməzdən əvvəl, yaxşı bir qarğıdalını necə seçməyimizi öyrənməliyik.
Yaxşı bir qarğıdalını seçmənin ən yaxşı yolu qarğıdalı dənələrini əlinizlə sıxın. Yaxşı bir qarğıdalı yumşaq olmalıdır və əlinizlə qarğıdalı dənələrini sıxdığınızda parçalanacaq. Bunun üçün qarğıdalı alanda mütləq diqqət edin.
Qarğıdalını seçdikdən sonra, keçək ən mühüm məsələyə. Qarğıdalı necə qaynadılır?
Qarğıdalını qaynatmaq üçün:
1. Seçdiyiniz qarğıdalını yarpaqlarından ayırın. Yarpaqları atmayın.
2. Qarğıdalını qapağında deşik olan qazana yerləşdirin. Boyu uzun olan qarğıdalıları isə iki hissəyə bölün.
3. Qarğıdalıdan ayırdığınız yarpaqları da qarğıdalının arasına yerləşdirin.
4. Qarğıdalıların üzərinə iki barmağı keçəcək qədər su əlavə edin.
5. Qazanın qapağını bağlayın və sobanı yandırın.
6. Ən azı 1 saat bişirin.
Qarğıdalını daha gözəl və ləzzətli vəziyyətə gətirmək üçün sizə lazım olan məsələlər:
Əvvəlcə bunu bilməlisiniz ki, qarğıdalını qaynatmaq vaxt tələb edir. Ən azı 1 saat ərzində suda qaynamalıdır. Əks təqdirdə qarğıdalı dənələri sərt qalacaq və yeyəndə çətinlik çəkəcəksiniz. Qarğıdalının qaynadılmasında mühüm nöqtələrdən biri də qarğıdalının qaynadılan vaxt suyuna duz atmamaqdır. Atılan duz qarğıdalının bişmə müddətini uzadacaq. Əgər qarğıdalını duzlu sevirsinizsə, yeyəndə duz əlavə edin.
İstəsəniz, qarğıdalı qaynayanda bir çay qaşığının ucu qədər şəkər əlavə edə bilərsiniz. Bu, həm qarğıdalıya dad verir, həm də yumşaldır.
Qaynadılmış qarğıdalının faydaları saymaqla bitmir.
1. Xərçəngdən qoruyur.
2. Hamiləlik üçün faydalı qidadır.
3. Ürək sağlamlığı üçün əhəmiyyətlidir.
4. Alzheimerin qarşısını almaq təsirinə malikdir.
5. Enerjini artırır.
6. Xolesterini aşağı salır.
7. Çəkini azaltmağa kömək edir.
8. Diabet və hipertoniyanın (yüksək təzyiq) qarşısını alır.
9. Gözlərin sağlamlığına müsbət təsir edir.