Aerobik məşq qarın yağını itirməyə və artıq çəkidən azad olmağa kömək edir.
Bunu “Mirror”a müsahibə verərkən reabilitasiya mütəxəssisi və məşq fizioloqu Laura Kartrayt deyib.
Mütəxəssis hesab edir ki, bədənin müəyyən hissələrini məşq etdirmək bütün bədən üçün komplekslərdən daha az təsirli olur.
“Aerobik məşq qarın yağını yandırmaq üçün idealdır. Lakin onların effektivliyi üçün düzgün qidalanma da vacibdir. Onsuz idman nəticə verməyəcək”, – deyə fizioloq bildirib.
Ekspert əlavə edib ki, aerobik məşqlər çətin olmamalıdır. Qaçış, üzgüçülük, rəqs və ya güclü gəzinti kifayətdir. Onun sözlərinə görə, hətta gündəlik ev işləri – ev təmizləmək, bağçılıq və hətta uşaqlarla oynamaq da ürək döyüntüsünü artırır və yağ yandırmağa kömək edir.
Cəmilə