Gündəlik həyatımızda sağlam orqanizmə sahib olmaq üçün bir çox xırda amillərə əməl etməliyik.
“Gencaile.az” sağlamlıq üçün önəmli olan məsləhətləri təqdim edir:
Əgər qarnın ağrıyırsa, başını müalicə et. Araşdırmalar sübut edib ki, qarın ağrısı birbaşa beyinlə əlaqədardır. Ola bilsin ki, beyinin daxilində xoşagəlməz dəyişikliklər baş verir.
Noutbuku diz və ya qarnın üstünə qoyub, işləməyin təhlükəli olduğu dəfələrlə deyilib. Bəs görəsən, bu, hansı fəsadlar əmələ gətirir. Amerika alimləri sübut ediblər ki, noutbukun qoyulduğu yerdə piqmentasiya pozğunluğu və kələ-kötürlük əmələ gəlir. Bədənin həmin hissəsində vitiliqo (ala ləkə) yarana bilər.
Dişdə olan ən sağalmaz kariesləri belə bir qədəh şərab yox edir. Şərabla dişlərini yaxaladıqdan 2 saat sonra bakteriyalar tamamilə məhv olur.
Alma və portağal şirəsi ilə dərman qəbul etmək olmaz. Kanadalı mütəxəssislər sübut ediblər ki, alma və portağal preparatın tərkibini öldürür.