qarpiz

Qarpız miqrenə səbəb ola bilər - HƏKİMDƏN XƏBƏRDARLIQ

Baxış sayı: 413

Həddindən artıq qarpız yeməyin hansı təhlükələrə səbəb ola biləcəyi açıqlanıb.

Bu barədə Böyük Britaniyanın Klivlend Klinikasının mütəxəssisləri xəbərdarlıq ediblər.

Onların fikrincə, həddindən artıq qarpız istehlak etmək miqren və allergiya ilə nəticələnə bilər.

Həkimlərin sözlərinə görə, qarpızın tərkibində çətin həzm olunan karbohidratlar var. Bu da həzm pozğunluğuna səbəb ola bilər.

Digər potensial təhlükə allergik reaksiyalardır. Nadir hal olsa da, qarpız bəzən ciddi reaksiyalara səbəb ola bilir.

Bundan əlavə, qarpız bəzi insanlarda miqrenə səbəb olur. Xüsusən də, artıq miqrendən əziyyət çəkənlər üçün bu meyvə olduqca təhlükəlidir. Belə insanlarda qarpız miqreni oyada bilir.

Tədqiqatlar göstərib ki, qarpız yedikdən sonra insanların qanında nitrit səviyyəsi artır. Alimlər bunun baş ağrılarına səbəb ola biləcəyini irəli sürürlər.

Qarpız təbii şəkərlə zəngindir, ona görə də şəkərli diabet xəstələri onun istehlakını məhdudlaşdırmalıdır.

Bütün bunlarla yanaşı, gündəlik qida rasionunda qarpıza çox yer verilməsi elektrolitlərin balanssızlığına da gətirib çıxarır.

 

Ləman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir